5 aprel 2009-cu il tarixində “Demokratiya Məktəbi”nin tələbələrinə diplomların təqdim etmə mərasimi təşkil olunub. Mərasim zamanı məktəbin direktoru Ramin Hacılı məktəbi uğurla başa vurmuş tələbələri təbrik edib və onlara diplomlarını təqdim edib.Müəyyən səbəblərdən mərasimə gələ bilməyən tələbələr Dalğa Gənclər Hərəkatının mərəkəzi ofisi ilə əlaqə saxlayıb diplomlarını əldə edə bilərlər.Qeyd edekki. “Demokratiya məktəbi” layihəsini Azərbaycanın aktiv gənclər hərəkatılarından biri olan Dalğa Gənclər Hərəkatı həyata keçirir. Layihə çərçivəsində “Demokratiya məktəbi”nin təsis olunub, bu məktəbin tərkibində demokratiyanın tədris edilib, hemcinin demokratik vətəndaşlıq mövzularında kursların təşkil olunub, Kurs iştirakçıları üçün dərs vəsaitləri hazırlanıb. Eləcə də, kurs iştirakçılarının şəbəkəsinin yaradılması da həyata kecirilib. Gənclər arasında demokratiya haqqında kütləvi maarifləndirməni həyata keçirmək üçün qəzet əlavəsi və web-sayt yaradılıb. 12 ay müddətində davam etmiş layihə Bakı şəhərində reallaşıb. Layihəni ABŞ-ın “Demokratiyaya Yardım Fondu” (NED) maliyyələşib. Ümumilikdə layihənin məqsədi Azərbaycan gəncliyinə demokratiya konsepsiyasını izah etmək, onun dəyərlərini yaymaq və demokratik vətəndaşlıq üzrə maarifləndirməni həyata keçirmək olub. Hər qrupda 25 tələbə olmaqla 100 tələbə məzun olub.Sonda onu da qeyd ki, Dalğa Gənclər Hərəkatı “Demokratiya Məktəbi”ni öz imkanları hesabına davam etdirmək niyyətindədir. Bu məqsədlə artıq 6-cı qrup təsis edilib. Və tələbə yığımı davam edir. Hərəkatın öz imkanları hesabına davam etdirəcəyi “Demokratiya Məktəbi”nin bundan sonra ki, direktoru Pənah Əlisoy olacaq.
Email: demschool@gmail.com



0 comments:
Post a Comment