This is default featured post 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Tuesday, April 26, 2011

Dalğaçılar Enn Dörsi ilə görüşdü

ABŞ səfiri önəmli açıqlamalar verdi; «Amerika və Avropa ölkələri demokratiyanı qutuya qoyub Azərbaycana təqdim edə bilməz» dedi

Dünən Dalğa Gənclər Hərəkatının Demokratiya Məktəbinin təşəbbüsü ilə ABŞ səfirliyi və ictimaiyyət nümayəndələri arasında görüş təşkil olunub. Görüşdə Dalğa GH-nin üzvləri, Demokratiya Məktəbinin tələbələri, jurnalistlər və digər təşkilatların təmsilçiləri iştirak edib.
Görüşün əsas məqsədi insanları çoxdan düşündürən bir suala aydınlıq gətirmək olub: «Demokratiyanı biz ozümüz qazanmalıyıq, yoxsa onu kimsə bizə verməlidir?» Xüsusən Avropa Şurasının Azərbaycanla bağlı keçmiş həmməruzəçisi Andreas Qrossun bu yaxınlarda verdiyi və geniş müzakirə mövzusuna çevrilən “Demokratiya humanitar yardım deyil” tezisi sözügedən görüşün keçirilməsini xeyli aktuallaşdırmışdı.
Görüşü giriş sözü ilə Dalğa GH-nin sədri Vəfa Cəfərova açıb. Xanım Cəfərova tədbir haqqında ümümi məlumat verdikdən sonra Demokratiya Akademiyasının prezidenti Ramin Hacılı rəhbəri olduğu bu yeni layihə və Lənkəran Dövlət Universitetindən (LDU) qanunsuz xaric edilən Pərviz Əzimovun işi ilə bağlı qonaqları məlumatlandırıb.
Daha sonra söz ABŞ-ın ölkəmizdəki səfiri Enn Dörsiyə verilib. Xanım səfir öncə çox əsrlik tarixə malik ABŞ demokratiyası barədə iştirakçılara ətraflı məlumat verib: “Bizim ölkədə demokratiya insanlara hələ baxçaya gedərkən öyrədilir. Bu səbəbdən də ABŞ-da demokratik prinsiplər hər kəs tərəfindən qorunub-saxlanılır. Əgər Azərbaycanla ABŞ-ı müqayisə etsək və sizin ölkənizdə demokratiyanın nədən hələ də olmaması barədə danışsaq, mən bir amili mütləq diqqətinizə çatdırmalıyam ki, Amerikada konqres xalqın səsidir. Hər il konqres adminstrasiyadan insan haqlarına dair hesabat tələb edir. Bu isə dövlətin demokratik prinsiplərə riayət məsələsində məsuliyyətini artırır”.
Demokratiyanın heç bir ölkənin daxili işi olmadığını, insan haqları məsələsinin sərhəd tanımadığını qeyd edən xanım səfir deyib ki, buna görə də hansısa dövlətin öz ölkəsində yaranan demokratik problemlərə görə başqalarının tənqidinə biganə yanaşmağa, «mən bilərəm, öz vətəndaşımla necə rəftar edirəm» prinsipi ilə hərəkət etməyə ixtiyarı yoxdur: “Beynəlxalq hüquqi sənədlərə imza atan istənilən dövlət bununla qəbul etmiş olur ki, öz ərazisində insan haqları ilə bağlı yaranan problem artıq yalnız onun daxili işi olmaqdan çıxır və qlobal məsələyə çevrilir. ABŞ hökuməti belə düşünür, çünki demokratiya və insan haqları bütövlükdə ABŞ-ın milli dəyərlərini təşkil edir.”
Andreas Qrossun məlum tezisi ətrafında danışan Enni Dörsi keçmiş həmməruzəçiylə qismən razılaşdığını deyib: “ABŞ və Avropa ölkələri demokratiyanı qutuya qoyub, Azərbaycana verə bilməz. Demokratiya prinsiplərinin reallaşması hər bir ölkənin öz daxilindən başlanmalıdır. Demokratiya elə bir məsələdir ki, onunla gündəlik ilgilənməlisən, bunu bir yaşayış və düşüncə tərzinə çevirməlisən. Baxmayaraq ki, ABŞ günümüzdə demokratiya sahəsində lider dövlətdir, amma demokratiya məsələləri bizdə gündəlik prioritetini təşkil edir, çünki hesab edir ki, ABŞ-da hələ də demokratiyanın tam təkmilləşdirilməsinə ehtiyac var”
Enn Dörsi, “biz birmənalı olaraq qəbul etmirik ki, guya Azərbaycan xalqı demokratiyaya hazır deyil. Bu tamam yalnış fikirdir» deyərək, əlavə edib ki, Qərbdə gerçəkləşdirilən demokratiya modellərinin Şərq üçün uyğun olmaması barədə səslənən iddiaları da doğru saymır.
Qeyd edək ki, görüş zamanı Lənkəran Dövlət Universitetindən qanunsuz şəkildə uzaqlaşdırılan tələbə Pərviz Əzimovun məsələsinə də toxunan xanım səfir, bu barədə məlumatlı olduğunu deyib: “Biz bilirik ki, Pərviz Əzimov jurnalist fəaliyyətinə görə həmin universitetdən qovulub. Buradan bəyan edirk ki, biz onu sona qədər müdafiə edəcəyik, o vaxtadək ki, Pərvizin tapdanmış haqları bərpa edilsin”
Dalğa GH-nin üzvü Anar Əsgərin «bu yöndə konkret hansı köməklikləri edə bilərsiniz» sualına isə xanım səfir belə cavab verib: “Öncə qeyd etməliyəm ki, sizin öz dostunuzu müdafiə etməyiniz məni çox sevindirir. Bizim köməkliklərə gəldikdə isə, bu məsələ ilə bağlı yaxın vaxtlarda biz sizin təhsil naziriniz ilə görüşəcək və problemin həlli üçün bütün digər qanuni yollardan istifadə edəcəyik”.
Tədbirin sonrakı hissəsi qarşılıqlı diskussiya şəklində davam edib.







Dalğa Gənclər Hərəkatı - “Demokratiya Məktəbi” tələbələrinə diplomları təqdim etdi.




 



5 aprel 2009-cu il tarixində “Demokratiya Məktəbi”nin tələbələrinə diplomların təqdim etmə mərasimi təşkil olunub. Mərasim zamanı məktəbin direktoru Ramin Hacılı məktəbi uğurla başa vurmuş tələbələri təbrik edib və onlara diplomlarını təqdim edib.Müəyyən səbəblərdən mərasimə gələ bilməyən tələbələr Dalğa Gənclər Hərəkatının mərəkəzi ofisi ilə əlaqə saxlayıb diplomlarını  əldə edə bilərlər.Qeyd edekki. “Demokratiya məktəbi” layihəsini Azərbaycanın aktiv gənclər hərəkatılarından biri olan Dalğa Gənclər Hərəkatı həyata keçirir. Layihə çərçivəsində “Demokratiya məktəbi”nin təsis olunub, bu məktəbin tərkibində demokratiyanın tədris edilib, hemcinin demokratik vətəndaşlıq mövzularında kursların təşkil olunub, Kurs iştirakçıları üçün dərs vəsaitləri hazırlanıb. Eləcə də, kurs iştirakçılarının şəbəkəsinin yaradılması da həyata kecirilib. Gənclər arasında demokratiya haqqında kütləvi maarifləndirməni həyata keçirmək üçün qəzet əlavəsi və web-sayt yaradılıb. 12 ay müddətində davam etmiş layihə Bakı şəhərində reallaşıb. Layihəni ABŞ-ın “Demokratiyaya Yardım Fondu” (NED) maliyyələşib. Ümumilikdə layihənin məqsədi Azərbaycan gəncliyinə demokratiya konsepsiyasını izah etmək, onun dəyərlərini yaymaq və demokratik vətəndaşlıq üzrə maarifləndirməni həyata keçirmək olub. Hər qrupda 25 tələbə olmaqla 100 tələbə məzun olub.Sonda onu da qeyd ki, Dalğa Gənclər Hərəkatı “Demokratiya Məktəbi”ni öz imkanları hesabına davam etdirmək niyyətindədir. Bu məqsədlə artıq 6-cı qrup təsis edilib. Və tələbə yığımı davam edir. Hərəkatın öz imkanları hesabına davam etdirəcəyi “Demokratiya Məktəbi”nin bundan sonra ki, direktoru Pənah Əlisoy olacaq.





"Demokratiya Məktəbi" layihəsi bitdi

Dalğa Gənclər Hərəkatının 1 il boyunca həyata keçirdiyi Demokratiya Məktəbi layihəsi artıq başa çatıb. Bu layihə ABŞ-ın Demokratiya üçün Yardım Fondu - NED tərəfindən maliyyələşdirilib. Amma layihə müddətinin başa çatması hələ Demokratiya Məktəbinin bağlanması deyil. Artıq Hərəkat öz imkanları hesabına Demokratiya Məktəbini davam etdirməkdədir. Daha bir dəyişiklik: məktəbin direktoru bundan sonra Ramin Hacılı deyil, Pənah Əlisoy olacaq.
Məktəbin formatında isə ciddi dəyişikliklər olmayacaq, əksinə, Demokratiya Məktəbi bundan sonra öz hədəflərinə yetişmək üçün daha da parlaq fəaliyyət göstərəcək.
Qeyd edək ki, Dalğa Gənclər Hərəkatı NED fondu ilə növbəti bir il ərzində Demokratiya Akademiyası layihəsini həyata keçirir. Layihənin ümumi məbləği 23. 172 ABŞ dolları nəzərdə tutulub. Layihə çərçivəsində aşağıdakı işlərin həyata keçirilməsi planlaşdırılır:
- Akademiyaya müraciət edən 24 tələbə üçün araşdırma mövzu təqdim olunacaq və tələbələr seçəcəkləri mövzu ilə bağlı araşdırmalar aparacaq. Araşdırmanın nəticələri ictimaiyyətə təqdim olunmaqla yanaşı, bütün araşdırmaların müəllifləri Akademiyanın xüsusi diplomi ilə təltif olunacaq;
- Layihə çərçivəsində regionlarda Demokratiya Məktəbləri yaradılacaq;
- Ayda bir dəfə demokratik dəyərlər ətrafında tanınmış ziyalıların iştirakı ilə ictimai müzakirələr təşkil olunacaq;
- «Alma» qəzetində ayda bir dəfə olmaqla, “Demokratiya» əlavəsi çap ediləcək.
Qeyd edək ki, Demokratiya Akademiyasının prezidenti Ramin Hacılıdır. Artıq Akademiyanın komissiya heyəti formalaşmaqdadır və yaxın günlərdə Akedemiyanın iş fəaliyyəti ilə bağlı, həmçinin komissiya üzvləri cəmiyyətə təqdim olunacaq.

Libertarianizm (Məruzəçi: Rəşad Şirin)

Mart ayının 1-i “Demokratiya Məktəbi”nin növbəti dərsinə, tələbələrinin seçimi ilə “Libertarianizm” mövzusunda Rəşad Şirin mühazirəçi qismində dəvət olunmuşdur. Dərs diskussiya şəklində keçmişdir. Rəşad bəy tələbələrə libertarianizmin incəliklərindən, yaranma tarixindən, liberalizmlə oxşar və fərqli cəhətlərindən, həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə hansı ölkələrin tətbiq etdiyindən danışmışdır. Geniş informasiyalı mühazirədən sonra, Rəşad Şirin mövzu ilə bağlı tələbələrin suallarını cavablandırmışdır. Dərs təqribən 2 saat davam etmişdir. Mühazirədən sonra tələbələr növbəti dərsin mövzusunu və mühazirəçini müəyyənləşdirmişlər. Növbəti dərsin mövzusu “Beynəlxalq Ədalət Tezisi”, mühazirəçi isə gənc politoloq Ramin Hacılı olacaqdır. “Demokratiya Məktəbi”nin növbəti dərsi 8 mart, saat 13:00-da Dalğa Gənclər Hərəkatının mərkəzi ofisində olacaqdır.

Monday, April 25, 2011

Milli Demokratiya İnstitutu

Beynəlxalq əlaqələri olan Milli Demokratiya İnstitutu (MDI) qeyri-kommersiya təşkilatıdır. Bütün dünyada demokratiyanın genişlənməsi və güclənməsi üçün çalıır. Öz qlobal ekspert könüllüləri vasitəsilə MDI) demokratik dəyərlərə önəm verən vətəndaşlara və siyasi liderlərə yardım edir. NDI həmçinin siyasi təşkilatlara qrantlar ayırır ki, vətəndaşlara öz hüquqlarıyla bağlı bilgilər versin və vətəndaş cəmiyyətinin qurulmasında iştiraklarını təmin etmək üçün layihələr həyata keçirsinlər.
Bir çox ölkələrdə demokratiyanı demokratik metodlarla təmin etməkdə çətinlik çəkirlər.Eyni zamanda demokratik təsisatların qıtlığı da hiss olunur.Belə ölkələrdə vətəndaşlar MDİ-yə demokratik strukturların yaradılması üçün müraciət edirlər. Hazırda MDİ-nin prezidenti keçmiş dövlət katibi Madlen Olbraytdır.
Bu institut 1995-ci ildə mərhum prezident Heydər Əliyevin dəvətiylə Bakıda öz ofisini açdı və o vaxtdan cəmiyyətin demokratikləşməsi, plüralizmin yaranması, vətəndaş cəmiyyətinin inkişafı, seçki islahatlarının aparılması ilə bağlı çalışır. İnstitut Azərbaycanın başlıca siyasi partiyaları ilə işləyir. Həmçinin partiya liderləri və fəalları daha inkişaf etmiş siyasi strukturların formalaşması üçün iş aparır. MDİ-nin əsas səylərindən biri də siyasi partiyaların əlaqələri və koordinasiyasını gücləndirməkdir.
İnstitut həmçinin qadınların siyasi fəallığının artırılması yönündə də xüsusi layihələr həyata keçirir. Bu məqsədlə qadın hüquqlarının müdafiəsiylə məşğul olan təşkilatlarla sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsində İnstitutun çalışdığı ölkələrdə qadınlar vətəndaş cəmiyyətinin qurulmasında daha aktiv iştirak edir və siyasətə can atırlar.

USAID

Amerika Birləşmiş Ştatları (ABŞ) uzun illər boyu xarici ölkələrdə daha yaxşı həyat sürməyə, fəlakətin nəticələrini aradan qaldırmağa, azad və demokratik ölkədə yaşamağa can atan insanlara yardım əli uzadıb.
ABŞ-ın xarici ölkələrə yardımı daim onun xarici siyasət maraqlarına xidmət edib. Bu maraqlar həm demokratiyanı və azad bazarları genişləndirmək, həm də inkişaf etməkdə olan ölkələrin vətəndaşlarının həyat səviyyəsini yaxşılaşdırmaqdan ibarətdir. USAİD bu məqsədlərə nail olmaq üçün bütün dünyada fəaliyyət göstərir.

USAİD-in tarixçəsi

USAİD-in tarixçəsi İkinci Dünya Müharibəsindən sonra Avropanın yenidən qurulmasına həsr olunmuş Marşall Planından və Truman hökumətinin Dördüncü Bənd Proqramından başlayır. 1961-ci ildə ABŞ Prezidenti Con Kennedi Xarici Ölkələrə Yardım Aktını imzalayaraq, bu aktı qanuna çevirib və icraçı qərara əsasən USAİD donor agentliyini yaradıb.
O vaxtdan bəri USAİD, fəlakətin nəticələrini aradan qaldıran, kasıbçılıqdan qurtulan, demokratik islahatlara qatılan ölkələrə köməyini əsirgəməyən, ABŞ-ın aparıcı donor agentliyi kimi fəaliyyət göstərir.
USAİD müstəqil federal hökumət təşkilatıdır. O, ümumi siyasi istiqamət haqqında göstərişləri dövlət katibindən alır. USAİD uzunmüddətli və ədalətli iqtisadi inkişafa dəstək verir və aşağıda sadalanan sahələrə yardım etməklə ABŞ-ın xarici siyasət məqsədlərini irəli çəkir:
• iqtisadi inkişaf, kənd təsərrüfatı və ticarət;
• ümumdünya səhiyyə;
• demokratiya, münaqişələrin qarşısının alınması və humanitar yardım.
USAİD dünyanın dörd bölgəsinə yardım edir:
• Afrika ölkələri;
• Asiya və Yaxın Şərq;
• Cənubi Amerika və Karib adaları;
• Avropa və Avrasiya.
Baş qərargahı Kolumbiya əyalətinin Vaşinqton şəhərində yerləşən USAİD təşkilatının qüdrəti bütün dünyada fəaliyyət göstərən idarələrindən ibarətdir. USAİD özəl könüllü təşkilatlar, yerli təşkilatlar, ali təhsil ocaqları, Amerika biznes qurumları, beynəlxalq təşkilatlar, ABŞ və digər ölkə hökumətləri ilə əməkdaşlıq şəraitində işləyir. USAİD 3.500-dən artıq Amerika şirkəti və ABŞ-in 300-dən artıq özəl könüllü təşkilatı ilə işgüzar əlaqələrə malikdir.

Ədalətli və demokratik idarəetmə

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) demokratiya və idarəetmə sahəsindəki fəaliyyətləri qanunun aliliyini təkmilləşdirmək, inkişaf etdirmək, vətəndaş cəmiyyətinin inkişafına zəmin yaratmaq, azad və ədalətli seçkilərə köməklik göstərmək, siyasi partiyaları möhkəmləndirmək və müstəqil kütləvi informasiya vasitələrini dəstəkləmək məqsədi daşıyır.
Azərbaycan xalqının daha böyük qisminə iqtisadi inkişaf və siyasi plüralizmin faydasını təqdim etmək üçün USAİD həm hökumət, həm də icraçı partnyorlar ilə konstruktiv münasibət yaratmağa səy göstərib.

USAİD Azərbaycanda

USAID ölkəmizdə ən çox layihə həyata keçirən və böyük uğur qazanan təşkilatlardan biridir. Buyurun, həmin layihə və uğurlarla siz də tanış olun:

- USAİD Azərbaycanın Birgə Seçki Məcəlləsi layihəsini hazırlamağa və seçki üzrə işləyən məmurlara təlim keçməyə köməklik göstərib.

- Siyasi partiyaların gücləndirilməsi, seçicilərin maarifləndirilməsi və müstəqil KİV layihələri vasitəsilə prezident seçkiləri üçün fəal çoxpartiyalı kampaniyanın ərsəyə gətirilməsinə köməklik göstərib.

- Yeddi regional televiziya stansiyasını yeni translyasiya stansiyası ilə təmin edib, bununla da onların əhatə dairəsinin genişləndirməsi üçün şərait yaradılıb.

- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üçün rəqəmsal tezlik xəritəsi yaradıb və ölkədə televiziya və radio şirkətlərinin necə paylandığını müəyyən edib.

- Anti-korrupsiya üzrə üç hüquqi məsləhət və ictimai maraqların müdafiəsi mərkəzi yaradıb.
USAİD-in «Qanunun Aliliyi» proqramı çərçivəsində Azərbaycanda ilk dəfə Qadın Hüquqşünaslar Assosiasiyası yaradılıb.

Avrasiya Fondu

Avrasiya Fondu

«Biz inanırıq ki, vətəndaşların və səlahiyyətli təşkilatların cəlb edilməsiylə insanlar vətəndaşlıq hüquqlarının və iqtisadiyyatın inkişafı üçün özlərində nəsuliyyət daşıyırlar. Qarşılıqlı hörmətə əsaslanaraq bizim proqramımızı vətəndaşlar təchiz edir və bunun nəticəsində onlar öz cəmiyyətlərindəki mövqelərini təyin etməyə müvəffəq olurlar». Bu tezisin müəllifi Avrasiya Fondudur (AF). Fond öz fəaliyyətində məhz bu prinsiplərə söykənir.
Avrasiya Fondu - məxfi idarə olunan qeyri - kommersiya təşkilatıdır. Beynəlxalq əlaqələrin inkişafı üçün Birləşmiş Ştatlar və başqa ictimai təşkilatlar tərəfindən dəstəklənir.
1992-ci ildən Fond Əfqanıstanda, Ermənistanda, Azərbaycanda, Belarusda, Gürcüstanda, Qazaxıstanda, Moldovada, Rusiyada, Tacikistanda, Türkmənistnda, Ukraynada və Özbəkistanda ümumi dəyəri 360 milyon dollardan çox olan 8000 qrant layihəsi həyata keçirib.
Avrasiya Fondunun keçmiş Sovetlər Birliyində yerləşən ofislərində ehtimal olunan çətinliklər mərkəzi idarənin nəzarəti altındadır. Bununla əlaqədar olaraq, fond səlahiyyətli yerlərdə qrantlar təqdim edərək layihələri idarə edir və ölkələrdə kapitalın yüksəlməsinə təkan verir.
2004-cü ildə Fond başqa-başqa ofislərində əməliyyatların istiqamətlərini dəyişməyə başlayıb. 2004-cü ildən yeniləşmiş Avrasiya Fondu fəaliyyət göstərir. 2006-cı ildən isə Orta Asiyada əməliyyatlara başlayıb. 2007-ci ildən isə Fondun Şərqi Avropa xidməti Ukrayna, Belarus və Moldovoda fəaliyyətini genişləndirib. Avrasiya Fondunun yoldaşlıq fondu isə öz xidmətini Ermənistan, Azərbaycan və Gürcüstanda göstərəcək.
Avrsiya Fondu öz əməliyyat və proqramlarında xarici dəyərləndirməyə üstünlük verir. Bundan başqa, davamlı olaraq daxili yoxlamalar nəticəsində Fond zəmanət verir ki, əlavə olunan böyük sərmayələr təşkilatların inkişafına yönləndirilir və bu da cəmiyyətin inkişafına təkan verir. Bu prosesin davamı imkan verir ki, aktiv qiymətləndirmə nəticəsində təşkilati ölkələrdə, siyasətdə, iqtisadiyyatda və sosial şəraitdə yaxşılığa doğru dəyişikliklər müşahidə olunsun.
2006-cı il Avrasiya Fondunda yenə dəyişiklər ili oldu. Fondun əvvəlki prezidenti Bill Meypes istefa verdi və himayədarlar şurası Nortonu yeni prezident seçdi. Əməliyyat proqramı çərçivəsində Vaşinqton ofisi və Kolumbiya dairəsinin səlahiyyətləri məhdudlaşdırıldı. Belə yerdəyişmələr və Avrsiyanın bütün vilayətlərində yerli fondların yaradılması onun sürətlə inkişafına təkan verdi. Avrasiya Fondu həmişəki kimi bu dəyişikliklər nəticəsində sosial-iqtisadi islahatları dəstəkləmək üçün yeni yollar axtarmağa davam edib.
Avrasiya Fondu 1994-cü ildən başlayaraq, Azərbaycanda da qrant layihələri həyata keçirməyə başlayıb. 1998-ci ildə Bakıda öz ofisini açıb. Fond ölkənin bütün vilayətlərində inkişaf proqramlarının dəstəkləyir.
Qısa müddət ərzində AF Azərbaycanda gənclər fondu yaradıb. Bu, ölkənin hər yerində gənclər üçün yeni imkanlar açır. Bundan başqa, qanunvericilik islahatlarıyla işgüzar təşkilatların inkişafına, istehlak qruplarının müdafiəsinə, vətəndaşların hüquqlarının qorunmasına və standartlarına uyğun professional jurnalistlər birliyinin inkişafına yönəlik layihələr də həyata keçirilir.
AF neft-qaz korporasiyalarının əməkdaşlığına dair sosial proqramlar da hazırlayır. 2006-cı ildə Azərbaycana ayrılan qrantların tam siyahısı artıq ictimaiyyətə açıqlanıb.

Transparensy İnternational

Korrupsiyaya qarşı Transparensy İnternational var!

Dünyada qlobal vətəndaş institutu kimi fəaliyyət göstərən Beynəlxalq Şəffaflıq Təşkilatı (Transparensy İnternational) korrupsiyaya qarşı mübarizə aparır və bütün dünyada korrupsiyanın insanların üzərində olan dağıdıcı təsirinə son qoymağa çalışır.
Dünyanı korrupsiyadan azad edərək dəyişdirmək Transparensy İnternationalın başlıca vəzifəsidir.
1993-cü ildə təsis edilən Transparensy İnternational fəaliyyətə başladığı vaxtdan antikorrupsiya hərəkatına təkan verərək milyonlarla insanın hayatının yaxşılaşdırılmasında mühüm rol oynayıb.
Transparensy İnternational qlobal şəbəkədir, hansı ki, dünyanın 90-dan çox ölkəsində təsis edilib və milli əsaslarla təşəkkül tapıb. Bu özüllər seçkilərdə şəffaflığı yaratmaq üçün yerli hakimiyyət dairələrində, vətəndaş cəmiyyətlərində, biznesdə və s. sahələrdə sülh və barışdırıcı mövqedən çıxış edirlər.
Siyasi tərəfi olmayan, bitərəf Transparensy İnternational güman edilən korrupsiyaya qarşı tez fəaliyyətə başlayır və bunun üçün əlverişli vəziyyət gözləyir. Transparensy İnternational qlobal və regional təşəbbüslə tam şəkildə korrupsiyayla mübarizə aparmaq üçün lazımi səriştəyə, təcrübəyə, eksperzitaya və geniş fəalliyyətə malikdir.

Korrupsiya nədir?

Korrupsiya hakim (səlahiyyətli) tərəfin şəxsi mənfəəti üçün səlahiyyətlərindən sui-istifadə etməsidir. Bu, səlahiyyətli şəxsdən asılı olan insanların həyatına və xoşbəxtliyinə zərər vuracaq qədər ciddi problemdir.
Korrupsiyayla mübarizənin əhəmiyyəti nədədir? Məsələ burasındadır ki, korrupsiyanın mövcudluğu hər bir sıravi insanın həyatını zərbə altında qoyur. Ata bəzən ayaqqabısız keçinməlidir, çünki onun cuzi maaşı uşaqlarını oxutmaq üçün rüşvətə sərf olunur.
Heç nədən şübhələnməyən xəstə adam saxta, zərərli narkotik alaraq öz sağlamlığını ciddi təhlükə altına qoyur. Kiçik mağaza sahibi hər həftə yerli inspektora rüşvət verərək, öz gəlirini azaldır. Deməli, korrupsiyaya qarşı mübarizə həm də insanların rifah halını yaxşılaşdırmaq uğrunda mübarizədir!
Zamanla korrupsiyanın başqa qolları da üzə çıxır: inkişaf etmiş milli korporasiya qanunsuz müqavilələr vasitəsilə qanuni yolla fəliyyət göstərən təşkilatların hesabına gəlir əldə edir.
Korrupsiya milyonlarla insanı kasıblığa və əzab - əziyyətə düçar edərək, sosial, iqtisadi və siyasi gərginlik yaradır.
- Korrupsiya kasıblığa yol açan ən əsas səbəbdir;
- Korrupsiya insanların yaşaması üçün sərf olunacaq gəlirləri mənimsəyərək rüşvətə çevirir;
- Korrupsiyanın kök saldığı yerdə insanların hüquqları tapdalanır;
- Korrupsiya milli və beynəlxalq biznesin inkişafına əngəllər yaradır;
- Korrupsiya özəl sektoru təhlükə altına qoyur;
- Korrupsiya təbii sərvətlərin daxili və xarici təhlükəsizliyinə mənfi təsir göstərir;
- Korrupsiya gender bərabərsizliyinin sistematik şəkildə pozulmasına yol açır.
Korrupsiyanın siyasi tərəfi də var: hər hansı seçkidə səslər rüşvətlə alına bilər, bu da cəmiyyətdə demokratik dəyərlərin pozulması, tapdanmasıdır. Məhz bu problemləri aradan qaldırmaq üçün Transparensy İnternationl fəaliyyət göstərir.

Transparensy Azərbaycan haqqında

Transparensy İnternational bir müddət əvvəl Azərbaycanda öz ofisini açıb və fəaliyyətini bu gün də davam etdirir. Azərbaycan korrupsiyanın ən çox yayıldığı ölkələrdən biridir. Ölkədəki bu problemin aradan qaldırılmasında ən çox çalışan təşkilat Transparensy İnternationaldır. Azərbaycanda korrupsiyanın aradan qaldırılmsı məqsədi ilə Transparensy İnternational Milli Antikorrupsiya Resurs Mərkəzini (Transparensy Azərbaycan) yaradıb. Milli Antikorrupsiya Resurs Mərkəzi Azərbaycanda ictimaiyyəti korrupsiyanın yüksək səviyyəsi və onun fəlakətli nəticələri barədə təlimatlandırır, geniş anti - korrupsiya koalisiyası yaradır və Azərbaycan cəmiyyətinin bütün sahələrini vətəndaş qrupları, işgüzar dairələri, ictimai sektoru və medianı korrupsiyaya qarşı mübarizə aparmaq üçün birləşdirir. Onun əsas məqsədi korrupsiyanı aşkarlamaq və buna qarşı mübarizə aparmaqdır.
Transparensy Azərbaycan əsas 3 istiqamətdə ixtisaslaşıb:

1. İctimaiyyətin təlimatlandırılması (seminarların, dəyirmi masaların və konfransların, məlumatların mətbuatda işıqlandırmasının təşkili);

2. Antikorrupsiya qanunvericiliyində çatışmamazlıqların aşkarlanması və hökümət üçün rəylərin hazırlanması;

3. Yerli işgüzar dairələrə İşgüzar Etikanın təqdim edilməsi.

Transparensy Azərbaycan ölkədə korrupsiyanın aradan qalxması və cəmiyyəti bu sahədə maarifləndirmək üçün müxtəlif tədbirlər həyata keçirir. Təşkilat əhalini maarifləndirmək üçün mütəmadi olaraq kitablar, kitabçalar, bukletlər və s. nəşr edib cəmiyyətə çatdırır.
Transparensy Azərbaycan son illərdə fəaliyyətini daha da genişləndirib, təkcə Bakıda yox, Gəncədə, Lənkəranda, Qubada öz ofisin açıb və regionlarda korrupsiyaya qarşı mübarizəyə başlayıb.

IFES

 Tanış olun: bu, İFES-dir!

İFES (Beynəlxalq Seçki Sistemləri Fondu) dünyanın müxtəlif ölkələrində demokratiyanın inkişafı üçün çalışan qeyri-kommersiya təşkilatıdır. Bu beynəlxalq təşkilat fəaliyyət göstərdiyi ölkələrdə seçkilər zamanı aktiv şəkildə iştirak edir, seçkilərin demokratik keçməsi üçün həmin ölkələrə məsləhətlər verir, saxtalaşdırılma hallarının qarşısını almaq üçün texniki yardım göstərir.
Öz fəaliyyətində bitərəf mövqeyi ilə seçilən İFES müxtəlif layihələr həyat keçirir.

İFES 1987-ci ildə təsis edilib və hazırda 100-dən çox ölkədə yerli ofisini açıb. Təşkilat demokratiya yoluna yeni qədəm qoymuş ölkələr də daxil olmaqla (məsələn, Liberiya), ən demokratik ölkələrdə (məsələn, ABŞ), hər yerdə fəaliyyət göstərir. İFES-in bütün layihələrini fəaliyyət göstərdiyi ölkələrin işçi heyəti ilə birgə ona yaxın olan yerli təşkilatların əməkdaşları tərtib edir.
Təşkilat keçirdiyi rəy sorğularına, ekspertizalara təminat verir və məsuliyyəti öz üzərinə götürür.
Vətəndaşların açıq şəkildə öz problemlərini ifadə etmək və hakimiyyətdən bu problemlərin həllini istəmək hüququ var. Hakimiyyət məmurları isə vətəndaşların problemlərini dinləməyi bacarmalı və onların həlli üçün çalışmalıdır. Demokratik dəyərlərin yayılması və inkişaf etməsi üçün vətəndaşların öz hüquqlarını və məsuliyyətlərini yaxşı bilmələri, seçkilər zamanı səslərini qorumaq üçün təşəbbüs göstərmələri də gərəkdir. Bax, bütün bunlar İFES-in layihələrində aparıcı xətti təşkil edir.
İFES cəmiyyətdə vətəndaşların siyasi demokratikliyini gücləndirmək üçün aktiv şəkildə fəaliyyət göstərir və cəmiyyəti bu sahədə maarifləndirmək üçün müxtəlif layihələr hazırlayır.
Haqqında bəhs etdiyimiz təşkilat Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərməyə başlayıb. İFES Azərbaycan xalqının təhsilini və dünyagörüşünü hər il müxtəlif sorğular, təcrübələr vasitəsi ilə sınaqdan keçirir. Bu tip təcrübələr vətəndaş cəmiyyətinin inkişafı və demokratik dəyərlərin daha da dərinə kök atması üçün əhəmiyyətli təsirə malikdir.
Hazırda İFES ölkəmizdə seçki şəraitini yaxşılaşdırmaq və cəmiyyətdə seçki prosesi haqda anlayış yaratmaq məqsədi ilə yerli qurumlarla birgə işləyir. Son bələdiyyə seçkilərində İFES seçki komissiyaları ilə yaxından əməkdaşlıq etdi. Bunda məqsəd vətəndaşlar arasında səs hüququnu genişləndirmək və mümkün maneələri aradan götürmək idi. İFES-in Azərbaycandakı fəaliyyətini USAİD və Asiya İnkişaf Bankı maliyyələşdirir. Bu sıraya İngiltərə, Almaniya və Norveçin ölkəmizdəki səfirlikləri də daxildir. Mərkəzi Seçki Komissiyası ilə (MSK) yaxından əməkdaşlıq edən İFES beynəlxalq və milli maraqları üstün tutaraq, seçkilərin ədalətli keçməsi üçün bütün gücünü ortaya qoymağa çalışır.
Azərbaycanda 2008-ci ildə prezident və bələdiyyə seçkiləri keçiriləcək. İFES bu seçkilərin ədalətli və düzgün keçirilməsi üçün öz maliyyə yardımını təklif edir. Hazırda bu nüfuzlu beynəlxalq təşkilat Azərbaycanda hüquqi seçki strukturunu və milli seçki qeydiyyatını yaxşılaşdırmaq məqsədilə müəyyən tədbirlər həyata keçirir. Bundan başqa, hazırda seçkilərin şəffaf keçirilməsi üçün yeni metodların işlənib hazırlanması və seçkilərdə nəzarətçi qruplar yaratmaq məsələsi MSK ilə müzakirə olunur.
2006-cı ildən İFES Azərbaycanda seçkilərin daha şəffaf keçirilməsi üçün yerli qeyri-hökumət və beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirib. Nəticədə müxtəlif yeniliklərə imza atan İFES Azərbaycan cəmiyyətinin siyasi aktivliyinin artmasında müstəsna rol oynaya bilib.

ABACEELI

Dünyanın hər yerində ABACEELI

Amerika Hüquqşunaslar Assosiasiyası dünən və bu gün…

ABACEELİ (Amerika Hüquqşunaslar Assosiyasiyası) öz hüquqi norma proqramlarını Azərbaycanda 1999 - cu ildən həyata keçirməyə başlayıb və 2003-cü ildə Mülki Hüquq İslahatları proqramını yaradıb. Nəticədə Azərbaycanda müxtəlif hüquqi islahatlar başladı və səriştəli, bacarıqlı vəkillərin daha da təkmilləşməsinə start verildi. ABACEELİ-nin Azərbaycandakı fəaliyyətinə nəzər salarkən aydın olur ki, o, cəmiyyətin öz hüquqlarını dərk etməsi, bilməsi üçün hüquqi təhsilin, maarifləndirmənin keyfiyyətini yüksəldir, məhkəmə üzvlərinin fəaliyyətində şəffaflığı və məsuliyyəti gücləndirmək üçün maarifləndirmə işləri aparır.
Hazırda ABACEELİ Azərbaycanda 7 ayrı-ayrı proqram həyata keçirir. Bunlar aşağıdakılardır:
- Hüquq müdafiə mərkəzi;
- Hüquqi təhsil islahatı;
- Vəkil ilə səyahət;
- Hüquq təhsil mərkəzi;
- Qadın Hüquqşunaslar assosiyasiyası;
- Hüquq məhkəmə islahatları;
- Antikorrupsiya.

ABACEELİ-nin Azərbaycan və Türkmənistan üzrə direktoru Frank Hespadır.
ABACEELİ təşkilatının irəli sürdüyü əsas tezis hüquqi normaların genişləndirilməsidir, çünki bu, bəşəriyyətin qarşısında duran problemlərə qarşı ən effektli göstəricidir. Bu problemlər sırasına həmçinin yoxsulluq, iqtisadi böhran və münaqişələr daxildir.
Hüquqi normalar baxımından tez-tez nöqsanlara yol verən hökumətlərin öz əhalisinin ehtiyaclarını qarşılamağa gücləri çatmır. Faktiki olaraq dünya əhalisinin yarısından çoxu hüquqlarının tapdanmasından əziyyət çəkir. Bu da öz növbəsində iqtisadi inkişafın qarşısını alır, məhkəmə sisteminin düzgün işləməməsi və fiziki təhlükəsizliyin çatışmamazlığına gətirib çıxarır.
Hüquqi prinsiplərin tapdanmasının qlobal nöqsan olması nəinki dünya hüquq cəmiyyətlərinin, həmçinin dünya liderlərini başlıca problemi olmalıdır.
Amerika Hüquqşunaslar Assosiyasiyası hüquq sahəsindəki fəaliyyətini islahatlar şəklində 40-dan çox ölkədə yürütməyə başlayıb. Bura Afrika, Asiya, Avropa, Latın Amerikası, Karib dənizi ətrafı və Yaxın Şərq ölkələri daxildir.
ABACEELİ-nin yaradılması və hüquq sahəsindəki ilk fəaliyyəti 1990-cı ilə təsadüf edir. Ölkə xaricində ilk ofisi isə 1991-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada açılıb. ABACEELİ Asiyada öz fəaliyyətinə 1998-ci ildə başlayıb. Afrika, Latın Amerikası, Karib dənizi ölkələrində 2000-ci ildən, Yaxın Şərqdə isə 2003-cü ildən işləyən bu təşkilatın həyata keçirdiyi proqramlar ona dünyanın hər yerində çoxlu müttəfiq qazandırıb.
Hüquq sahəsindəki bu təşəbbüslərin həyata keçirilməsi üçün xarici ölkələrdə peşəkar, təcrübəli hüquqçular - bura vəkillər, hakimlər, hüquq professorları və s. daxildir - hüquq sahəsində olan problemləri aradan qaldırmaq və proffesional hüquq təşkilatçılığını yaratmaq üçün çalışırlar. Bu hüquqşunaslar dəstəsi islahatçılar, hökumət və qeyri-hökumət sektoruyla əl-ələ fəaliyyətini indinin özündə də səylə davam etdirir.
Bu gün ABACEELİ ABŞ-da və ondan xaricdə 400-dən çox proffesional ştat yaradıb. 1990-cı ildən Birləşmiş Ştatlar və dünyanın digər bölgələrində könüllülər dəstəsi 200 milyon dollar dəyərində texniki və hüquqi yardım göstərib.
ABACEELİ hüquq və texnika sahəsindəki köməyini, islahatlarını davam etdirir və yeni sahələrdə işlər görür. Bunlar antikorrupsiya, mülki hüquq islahatları, insan alveri, gender problemi, insan hüquqlarının qorunması, münaqişələrin azaldılması, məhkəmə islahatları, hüquq təhsil islahatları və hüquqi ixtisas islahatlarıdır.

Internews

 İnternews Network bütün dünyada açıq kütləvi informasiya vasitələrinin inkişafına yardım edən beynəlxalq humanitar təşkilatdır. Bu təşkilat demokratiyanın yenicə meydana gəldiyi ölkələrdə müstəqil kütləvi informasiya vasitələrinə dəstək məqsədi ilə yenilikçi radio və televiziya proqramları hazırlayır, mətbuata yardım göstərir, habelə ölkə daxilində və ölkələrarası münaqişələrin azaldılması üçün açıq internet sistemini xüsusi vasitə kimi inkişaf etdirir. Təşkilat, baş qərargahı ABŞ-ın Kaliforniya ştatının Arkata şəhərində yerləşməklə, dünyanın 30 ölkəsində fəaliyyət göstərməkdədir.

İnternyus Azərbaycanda öz ofisini 1997-ci ildə açıb. Təşkilat özünün televiziya proqramlarını yerli televiziya kanallarına təmənnasız olaraq təqdim edir. İnternyus eyni zamanda yerli jurnalistlər üçün təlim məqsədilə seminarlar keçirir, onlara hüquqi yardım göstərir, müstəqil kütləvi informasiya vasitələrinə müvəqqəti istifadə üçün lazımi kameralar, montaj avadanlğı və kompüterlər təklif edir. Fəaliyyətinin əvvəlində Azərbaycandakı müstəqil televiziya stansiyalarına yardım edən bu təşkilat yaxınlarda öz faliyyətini çap və radio sahələrinə qədər genişləndirib. Yerli kütləvi informasiya vasitələri ilə əməkdaşlıq şəraitində işləyən İnternyus, həm də ölkə əhalisinə obyektiv və qərəzsiz informasiya təklif edir.
İnternyus Azərbaycan İctimai Birliyi (İAİB) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2002-ci ilin may ayında rəsmi şəkildə qeydiyyatdan keçmişdir. 2004-cü ilin sonuna kimi İAİB, əsasən ABŞ-ın qeyri-hökümət təşkilatı olan İnternyus Şəbəkəsinin yerli partnyoru kimi çalışıb və USAİD tərəfindən maliyyələşən media layihələrinin icrası ilə məşğul olub. 2005-ci ilin yanvarından etibarən İnternyus Azərbaycan müstəqil yerli təşkilat kimi müxtəlif ABŞ və Avropa fondları tərəfindən maliyyələşir, öz layihələrinin hazırlanması və icrasını yerinə yetirir. Bu gün də İnternews Azərbaycan müstəqil yerli təşkilat olaraq, Azərbaycan mediasının inkişafına öz töhvəsini verməkdə davam edir.

İnternyus Azərbaycanın fəaliyyət çərçivəsinə təhsil, mədəniyyət və elm sahələri də daxildir. Bu təşkilat kütləvi informasiya sahəsində böyük təcrübəyə malik yüksək səviyyəli mütəxəssislərdən ibarət komandaya malikdir.
İnternyus Azərbaycan 1997-ci ildən bu yana 500 professional jurnalistin iştirak etdiyi 50-dən çox seminar keçirib. Seminarlar əsasən seçkilər, gender problemləri, ekologiya, jurnalistikanın əsasları, menecment, reklam və bir çox müxtəlif mövzuları əhatə edib. Təşkilat öz avadanlığı və studiyasından istifadə edərək, müxtəlif efir proqramlarının istehsalı ilə məşğuldur. Bu proqramlar regional xəbərlər də daxil olmaqla, seçki, siyasi tok şoular, ekologiya, iqtisadiyyat və başqa mövzulardadır. 2001-2002-ci illərdə İnternyus Azərbaycan və İnternyus Ermənistan «Bakı-Yerevan Telekörpüsü» layihəsi üzrə «Atəş Xətti» adlı 24 proqram hazırlay ıb.
Bu proqram peyk vasitəsilə hər iki ölkənin vətəndaşlarına hələ də qaynamaqda olan Qarabağ münaqişəsi ilə bağlı məsələləri üzbəüz müzakirə etmək imkanı verdi.


İnternyus hazırda aşağıdakı proqramlar üzərində işləyir: «Yolayrıcı» (Crossroads ) - Qafqaz üzrə yeganə həftəlik televiziya proqramıdır ki, Azərbaycan, Gürcüstan və Ermənistandan xəbərlər və telesüjetlər təklif edir.
«Media və Mən» - ABŞ-ın həftəlik «Bazar Günü Səhər» proqramının modeli əsasında yaradılıb və həftəlik proqramdır. Bu proqram mətbuatın üzləşdiyi problemləri və onların yerli şəraitdə necə əhatə olunduğunu nəzərdən keçirir.
«1/2» adlı yeni, gender məsələlərinə həsr olunmuş və Azərbaycanda yayımlanacaq ilk 30 dəqiqəlik proqramdır - yaşadıqları cəmiyyəti dəyişmək istəyən qadınlar və onların xarakterlərindən bəhs edir.
Qeyd edək ki, vəkillik təşkilatın əsas fəaliyyət sahəsidir. Belə ki, İnternyus Azərbaycanda kütləvi informasiya vasitələrinin hüquqları və söz azadlığının müdafiəsi uğrunda effektiv vəkillik vasitəsilə mətbuat üçün qanunla tənzimlənən mühit yaratmaq uğrunda çalışır. Internyus kütləvi informasiya vasitələri üçün təzyiqlərlə üzləşmə, bağlanma və ya jurnalistlərin həbs olunması hallarında hüquqi yardım göstərir.

IREX

Tanış olun: bu IREX-dir!

IREX dünyanın bir çox ölkəsində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatı olub, liderlik və innovasiya proqramlarının əsas təminatçılarından biri sayılır. Təşkilat həmçinin təhsilin keyfiyyətinin yaxşılaşdırılması, müstəqil mətbuatın inkişaf etdirilməsi, vətəndaş cəmiyyətində plüralizmin inkişafı istiqamətində fəaliyyət göstərir.
1968-ci ildə yaradılan IREX illik 50 milyon dollarlıq büdcəyə və bütün dünyada fəaliyyət göstərən 400-dən artıq peşəkar işçiyə malikdir.
IREX və onun partnyoru IREX Avropa hazırda dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərir. Təşkilatın Azərbaycandakı fəaliyyəti 1998-ci ildən başlayır və bu günədək davam edir. IREX Azərbaycanda bir çox proqramlar həyata keçirir və ən fəal beynəlxalq təşkilatlardan biri kimi tanınır.
Təşkilat bir çox sahələrdə iş görməklə yanaşı, ABŞ Dövlət Departamentinin həyata keçirdiyi qlobal tədris mübadiləsi üzrə proqramın yönləndiricisidir. Bu proqram ayrı-ayrı ölkələrdən olan tələbələrə Amerikanın müxtəlif universitetlərində və kolleclərində oxumaq imkanı yaradır. Həmin ölkələr arasında Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan da var.
Amerikaya təhsil ardınca gedən tələbələrə hər cür şərait yaradılır. Onlara yüksək təhsil almaq, praktikalarda iştirak etmək imkanı yaradılmaqla yanaşı, xüsusi ailələrdə yaşamaq imkanı da verilir. Bundan başqa tələbələrə dövlət tərəfindən aylıq təqaüd ayrılır, onların sağlamlığı siğortalanır, həmçinin dərs vəsaitləri ilə təmin olunurlar. Onlara akademik səviyyədə ingilis dili öyrədilir. Amerikada təhsil almaq istəyənlər öz istəklərinə uyğun olaraq, aşağıdakı elm sahələrini seçmək şansı verilir:

- Menecment;
- İqtisadiyyat;
- Təhsil;
- Ekologiyanın yaxşılaşdırılması;
- Beynəlxalq münasibətlər;
- Jurnalistika və KİV;
- Kitabxana və İnformatika;
- Dövlət qulluğu;
- Səhiyyə;
- İctimai asayiş.

Bütün bunlarla yanaşı, Avrasiya və Cənubi Asiya üzrə həyata keçirilən təhsil proqramında qalib gələnlər 6 həftəlik təhsil üçün Birləşmiş Ştatlar Universtitetlərinə göndərilir. Bu proqramın qalibləri də Amerikada qaldıqları müddətdə yüksək təhsil və təcrübə keçmək imkanına malik olurlar.
IREX Azərbaycanda ən çox layihə həyata keçirən təşkilatlardan biridir. Qurum yalnız paytaxt Bakıda deyil, ölkənin bir çox regionlarında xüsusi layihələr reallaşdırır. Buna misal olaraq, Lənkəranda həyata keçirilən mədəniyyət - online proqramının tətbiqi layihəsini göstərə bilərik. Bu layihənin əsas məqsədi tələbələrə öz mədəniyyətləri ilə yanaşı, başqa xalqların mədəniyyətini də dərindən öyrətməkdir. IREX Lənkəranda fəaliyyət göstərən könüllülər korpusunun yardımı ilə tələbələrdə Lənkəran və bütövlükdə Azərbaycanın ənənələri barədə daha real təsəvvürlərin yaradılmasına nail olub.
Təşkilat gün-gündən inkişaf edir. IREX öz əhatə dairəsini genişləndirmək üçün durmadan irəli addımlar atmaqdadır.

Beynəlxalq Böhran Qrupu

Beynəlxalq Böhran Qrupu

Beynəlxalq Böhran Qrupu (BBQ) müstəqil və heç bir kommersiya marağı olmayan beynəlxalq təşkilatdır. BBQ öz professional kollektivi ilə dünyanın 5 qitəsində fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi konfliktlər barəsində əvvəlcədən proqnozlar hazırlamaq və onların qarşısının alınması üçün tövsiyələr vermək, fəaliyyət göstərməkdir.
BBQ-nin əsas metodologiyası birbaşa yerlərdə araşdırma aparmaqdır. Qrupun siyasi analitikləri təhlükə olan və təhlükə gözlənilən ölkələrdə geniş diapozonlu mənbələrdən lazımi informasiyalar toplamaq və vaxtaşırı analitik hesabatlar hazırlamaqla məşğuldurlar. Bu hesabatlarda böhranların qarşısını almaq üçün praktiki məsləhətləri yerli və beynəlxalq təşkilatlara ünvanlamaq və cavabdehlərdən lazımi qərarlar qəbul edilməsi istənilir. Böhran qrupu həmçinin aylıq “Crisis Watch” adlı informasiya bülleteni hazırlayaraq konfliktlər olan və potensial konflikt zonaları sayılan ölkələrdəki vəziyyətlə bağlı qısa xülasələr təqdim edir. Böhran qrupunun hesabatları və keçirilən brifinqlər yerli xarici işlər nazirliklərinin təmsilçilərinin və beynəlxalq təşkilatların da diqqətinə çatdırılır. Bu hesabatlar və brifinqlər təşkilatın www.crisisgroup.org adlı web saytı vasitəsiylə geniş ictimaiyyətə çatdırılır. Təşkilat həmçinin hakimiyyət və mətbuatla sıx əməkdaşlıq edərək gördüyü işə dəstək axtarmağa çalışır. Böhran qrupunun məsləhət şurasına görkəmli siyasi xadimlər, diplomatlar, biznesmenlər, kütləvi informasiya vasitələrinin təmsilçiləri daxildirlər. Bu, onun üçündür ki, BBQ-nin hesabatları və təklifləri bütün dünya üzrə siyasi məsləhətlərlə məşğul olan vacib şəxslərin diqqətinə çatdırılsın.
Avropa İttifaqının keçmiş komissarı Kris Patten təşkilatda xarici əlaqələr, lord Barns isə məsləhət şurasının təmsilçiləridir. Avstraliyanın keçmiş xarici işlər naziri isə 2000-ci ilin yanvarından Beynəlxalq Böhran Qrupunun prezidentidir.
Beynəlxalq Böhran Qrupunun mənzil qərargahı Brüsseldə, təmsilçilikləri isə Vaşinqton, Nyu-York, London və Moskvada yerləşir.
Hazırda təşkilat 13 təmsilçiliyə malikdir. Təşkilatın analitikləri 4 qitənin 50-dən çox ölkəsində işləyir. Afrikada Anqola, Brundi, Kot-d-İvuar, Konqo Demokratik Respublikası, Efiopiya, Eritreya, Qvineya, Liberiya, Ruanda, Sera- Lione və s., Asiyada Əfqanıstan, Kəşmir, Qazaxıstan, Qırğızıstan, İndoneziya, Myanma, Türkmənistan, Özbəkistan və s.,
Avropada Albaniya, Ermənistan, Bosniya və Hersoqovina, Gürcüstan, Kosovo, Makedoniya, Moldova, Çernoqoriya və Serbiya kimi ölkələr, Yaxın Şərqdə Şimali Afrikadan İrana qədər bütün qaynar nöqtələr, Latın Amerikasında Kolumbiya, And və Haiti regionları BBQ-nin davamlı fəaliyyət göstərdiyi yerlərdir.
Böhran qrupunun Azərbaycandakı fəaliyyəti də təqdirə layiqdir. Təşkilat ölkəmizdə aktiv şəkildə fəaliyyət göstərir. BBQ ölkədə baş verən proseslərlə yaxından maraqlanır və vaxtaşırı öz məsləhətlərini, təkliflərini irəli sürür.
Beynəlxalq Böhran Qrupunun Azərbaycan hökumətinə verdiyi məsləhətlər belə ümumiləşdirilir:
- tez bir zamanda sosial və iqtisadi inkişafı Bakıdan kənarda və qeyri-neft sektoru vasitəsilə yüksəltmək, investisiya şəraitini yaxşılaşdırmaq;
- dövlət gəlirlərini pensiya və maaşların yüksəlməsinə cəlb etmək, həmçinin səhiyyə sahəsində korrupsiya ilə mübarizə aparmaq.
- 2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərindən sonra hakimiyyətin siyasi opponentlərinə və seçki komissiyalarındakı müxalifət nümayəndələri ilə bağlı qanunsuzluğa yol vermiş hüquq-mühafizə orqanlarında ciddi araşdırmalar aparmaq;
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dini təşkilatların qeydə alınması prosedurlarını yüngülləşdirmək, onları daha şəffaf və tolerant prosedurlarla əvəz etmək, ümumiyyətlə, dini məsələlərlə bağlı daha demokratik siyasət yürütmək;
- Avropa Şurasının siyasi məhbuslar və həbsdə olan müstəqil KİV-lərin nümayəndələri ilə bağlı tələblərini yerinə yetirmək;
- Korrupsiya ilə bağlı müstəqil və uzunmüddətli qurumun yaradılmasını təşkil etmək və bu sahədə vacib islahatlar aparmaq.

SOROS

Açıq Cəmiyyət İnstitutu (Soros Fondu)


Milli Soros fondları 1984-cü ildən başlayaraq, xeyriyyə təşkilatları kimi fəaliyyət göstərir. Açıq Cəmiyyət İnstitutu (ACİ) şəbəkəsi isə 1993-cü ildə yaradılıb. Bu şəbəkə Mərkəzi və Şərqi Avropa ölkələrinə, eləcə də yeni müstəqillik qazanmış postsovet dövlətlərinə sosializm sistemindən yeni sistemə keçid prosesində yardım göstərmək məqsədilə qurulub. Bundan başqa, ACİ şəbəkəsi Afrikanın, Latın Amerikasının, Asiya və Amerikanın bəzi ölkələrində də milli fondlara malikdir. Hazırda bu quruluş dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərir.
ACİ milli fondlarının məqsədi vətəndaş cəmiyyəti təşkilatları yaratmaq və onlara yardım göstərməkdən, həmçinin hökumətlərin cəmiyyət qarşısındakı cavabdehliyini və şəffaflığını artırmaqdan, islahat və modernizasiya proqramlarının həyata keçirilməsinə köməklik etməkdən ibarətdir. Bir tərəfdən totalitarizmin bütün formalarına, digər tərəfdən isə bazar kapitalizmindəki xaosa qarşı olan Corc Soros avtoritar cərəyanlara qarşı mübarizə aparmaq və gənc, yeni yaranan demokratik ölkələrdə vətəndaş cəmiyyətinin rolunu möhkəmləndirmək ideyasını irəli sürür.
Gürcüstanda milli Soros fondu 1994-cü ildə yaradılıb; ACİ-Azərbaycan və ACİ-Ermənistan fondları isə 1997-ci ildə təsis edilib. Başlanğıcda bu təşkilatların fəaliyyəti bütün Soros Fondu şəbəkəsi üçün xarakterik olan eyni xətt üzrə həyata keçirilirdi: yaranmaqda olan vətəndaş sektorunun dəstəklənməsi və Sovet İttifaqının dağılmasından sonra açınacaqlı vəziyyətdə olan intellektual resurslar üçün maliyyə yardımının təmin edilməsi. Diqqətəlayiq fakt budur ki, Gürcüstan və Ermənistanda dövlət və qeyri-hökumət sektorunda tədqiqatçılara yardım göstərilməsi və tədqiqat layihələrinin maliyyələşdirilməsi Azərbaycanda olduğu qədər möhkəm və uzun müddətli olmadı. Bu isə, ölkənin daha əlverişli iqtisadi şəraitə malik olmasından irəli gəlir. Əlbəttə ki, bu yardım Rusiya elminə göstərilən yardımla müqayisə oluna bilməz; belə ki, Fondun Rusiya Federasiyasındakı fəaliyyəti zamanı 115 milyon ABŞ dolların civarında vəsait sərf edilib (1995-2002). Bu, Cənubi Qafqazda «beyin axınının» qarşısının alınmasında müəyyən rol oynadı.
Regionda ACİ tərəfindən həyata keçirilən proqramlar əsasən SFŞ (Soros Fondları Şəbəkəsi) fəaliyyətlərini əhatə edir: Vətəndaş Cəmiyyəti, Təhsil, İnformasiya, Hüquq, İctimai Səhiyyə, Şərq-Şərq, Mədəniyyət və İncəsənət, Media və Qadın proqramı. ACİ-Azərbaycan Fondunun fəaliyyəti lap əvvəldən iki əsas xətt üzrə inkişaf edib: təhsil və informasiya. 1998-1999-cu illərdə həm milli fondlar, həm də Budapeşt və Nyu-Yorkdan idarə olunan SFŞ proqramları vasitəsilə təmin edilən büdcələr sayəsində layihələr yaradıldı. Bu layihələr hüquq, incəsənət, mədəniyyət, ictimai səhiyyə, KİV, özünüidarə kimi məsələlər daxil olmaqla, vətəndaş cəmiyyəti və qadın proqramından ibarət idi. Azərbaycan və Ermənistanda keçirilən prezident seçkiləri, eləcə də Gürcüstanda keçirilən parlament seçkiləri (2003) ilə əlaqədar olaraq, son iki ildə seçki prosesi ACİ Cənubi Qafqaz milli fondları üçün prioritet məsələyə çevrilmişdir.
Bu milli fondların işində bəzi fərqlər mövcuddur. Məsələn, Gürcüstanda prioritet sahə iqtisadi islahat proqramı, Azərbaycanda isə neft gəlirlərinin şəffaflığı proqramıdır.
Azərbaycanın 600. 000 məcburi köçkünündən bəzilərinə informasiya və digər yardım göstərmək üçün fond 1998 ildə 14 məcburi köçkün düşərgəsində kiçik kitabxanalar düzəltmək üçün pilot lahiyəsinə başladı. Bir neçə humanitar təşkilatlar kitabxana üçün yer ayrılmasına və bu lahiyə üçün nəqliyyatın təşkilinə yardım etdilər. Düşünmək və müstəqil qərar qəbul etmək bacarığına malik açıq fikirli gənclərin yeni nəslini yaratmaq üçün proqramların ikinci qrupu təhsilə yönəldi. Bu, Addım-Addım proqramının təşkili və Xəzər Universitetində özünün iqtisadi yay məktəbini maliyyələşdirməni nəzərdə tuturdu. Fond həmçinin kənd, qaçqın və məcburi köçkün əhalisindən olan tələbələrin ehtiyacların qarşılamaq üçün Bakı Dövlət Universitetində təqaüd proqramı da təşkil etdi.
Daha əvvəl regionda ACİ-nin əsas məqsədlərindən biri «üçüncü sektorun» inkişaf etdirilməsi olduğu halda, son illərdə hər bir respublikada onun fəaliyyətinin mərkəzində regional layihələrin stabilliyini və effektivliyini artırmaq üçün QHT-lərlə hökumət, bəzən biznes struktukrları arasında yaxın əlaqələrin yaradılması dayanır.
Məsələn, Azərbaycanda Təhsil Nazirliyi və Dünya Bankı ilə birlikdə ACİ üç illik ali məktəblərdə islahat proqramında iştirak edir. Bu proqramda ACİ 13,5 milyon dollar dəyərindəki büdcənin 6.5%-ni təmin edir, həmçinin yeni dərsliklərin mütəxəssislər tərəfindən dəyərləndirilməsini təşkil edir. Məktəb qrant müsabiqələri keçirir, eləcə də informasiya və rabitə texnologiyaları sisteminin inkişaf etdirilməsi ilə məşğul olur. Bir sıra universitetlərdə və kənd məktəblərində pulsuz internet xidməti mərkəzləri yaradılıb. Hətta uşaq bağçalarında belə, yeni interaktiv tədris metodu tətbiq olunur. Bakı Təhsil və İnformasiya Mərkəzi (BTİM) müstəqil QHT kimi fəaliyyət göstərir. Bu tip mərkəzlər Gürcüstan və Ermənistanda da çalışır. Ermənistanda ACİ-YF müvafiq təhsil standartlarının yaradılması və məktəb sistemində elektron məlumatların yayılması üçün ali təhsil müəssisələri və Təhsil Nazirliyi ilə əməkdaşlıq edib. İctimai-səhiyyə məktəb layihəsi hazırda Azərbaycan Səhiyyə Nazirliyi ilə birlikdə həyata keçirilməkdədir.
ACİ-YF/Azərbaycan İnsan Hüquqlarına dair Avropa Konvensiyasının müddəalarının tanıdılmasına və yerinə yetirilməsinə yardım göstərmək üçün bir sıra layihələr həyata keçirib. Buna misal olaraq, hakimlər və prokurorlar üçün hüquq prosesinin prinsiplərinə dair təşkil olunmuş təlim məşğələlərini misal göstərmək olar. Son vaxtlar hüquq-mühafizə əməliyyatları üzərində ictimai nəzarəti təmin etmək üçün imkanların yaradılmasına diqqət yetirilir.
Layihənin icra olunması prosesində Polis Akademiyası ilə aparılan əməkdaşlıq sayəsində mühüm təcrübə əldəedilib. Buraya kadrların hazırlanması üçün demokratik yönlü modulların tətbiq edilməsi daxildir. UNDP ilə birlikdə ölkənin Ədliyyə Nazirliyi vətəndaşların on-layn qeydiyylatını həyata keçirmək üçün maliyyə vəsaitləri əldə edib. Hər üç respublikada milli Soros fondları insan hüquqları ilə əlaqədar anti-korrupsiya layihələrini dəstəkləyir. Qadın proqramı həyata keçirilir ki, bu da qadınlara və uşaqlara qarşı zorakılığın qarşısını almaq üçün fəaliyyət göstərən böhran mərkəzləri şəbəkəsindən və layihələrdən ibarətdir.

Fridrix Ebert Fondu

Fridrix Ebert Fondu

Fridrix Ebert adına Fond sosial-demokratiya və mədəniyyət sahəsində fəaliyyət göstərən azad və qeyri - kommersiya təşkilatıdır. Almaniyanın bu məşhur təşkilatının fəaliyyəti təkcə bu ölkəni deyil, bütün dünyanı əhatə edir.
Fridrix Ebert fondu 1925-ci ildə demokratik yolla seçilən ilk alman reyxs-prezidenti Fridrix Ebertin vəsiyyəti əsasında formalaşıb.
Fondun fəaliyyətinə daxildir:
- Demokratik prinsiplərə əsaslanan siyasi və ictimai təhsilə dəstək;
- Dünyanın müxtəlif ölkələri ilə ictimai-siyasi dialoqlara dəstək;
- İstedadı və cəmiyyətdə aktivliyi ilə seçilən tələbələrə və gənc alimlərə (həm Almaniyada, həm də xaricdə) təqaüdlər ayırmaq;
- Tarix, iqtisadiyyat, siyasi-iqtisadiyyat, əmək və digər sosial münasibətlər sferasında elmi axtarışlar edən şəxslərə və təşkilatlara dəstək.
Bu məqsədlərin reallaşması üçün fond öz imkanlarından istifadə etməklə yanaşı, sadalanan istiqamətlər üzrə fəaliyyət göstərən digər təşkilatlarla, həmkarlar ittifaqları, siyasi, iqtisadi və mədəniyyət dairələri ilə əməkdaşlıq edir.
Hazırda Fondun baş ofisləri Bonn və Berlin şəhərlərində yerləşir.
Bundan başqa, Fond federativ Almaniyada 6 mərkəzə, həmçinin regionlarda 12 ofisə sahibdir.
Fridrix Ebert Fondunun böyük şəxsi kitabxanası var. Burada 650 min cilddən çox kitab cəmlənib. Fondun “Sosial-demokratiya arxivi” bütün dünyada Avropa fəhlə hərakatına aid ən böyük materiala malikdir.
Fridrix Ebert Fondunun illik büdcəsi 110 milyon avrodur ki, bu da müxtəlif layihələrə sərf olunur.
Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, təkcə Almaniyada 150 mindən çox insan Fondun təşkil etdiyi 3000 mindən çox maarifləndirici kurslarda təhsil alır. Hələ 2002-ci ildə Fridrix Ebert Fondunun dəstəyi ilə təxminən 1750 tələbə müxtəlif universitetlərdə təhsil almaq şansı əldə edib, onlardan 260-ı xarici universitetlərdə təhsil almağa göndərilib və Fond bu sahədəki fəaliyyətini bu gün də yüksək səviyyədə davam etdirir.
Beynəlxalq əlaqələrə gəldikdə isə Fond 100-dən çox ölkədə fəaliyyət planına malikdir. Bundan başqa, Fond dünyanın müxtəlif ölkələrində 33 ofisə malikdir. Bu sıraya qərbi, mərkəzi və şimal-şərqi Avropa, MDB ölkələri, həmçinin Amerika və Yaponiya da daxildir.
Fond ehtiyacı olan ölkələrdə dövlət imtahanlarının reallaşmasına dəstək olmaqla yanaşı, KİV-in inkişafına da çalışır.
Fondun partnyorları siyasət, biznes, çeşidli assosiasiyalar, həmkarlar ittifaqları, akademiyalar, kommunikativ və mədəniyyət sektorunda fəaliyyət göstərən müxtəlif qurumlardır. Bir çox ölkələrin Avropa İttifaqına üzvlük prosesinə dəstək verən Fond, dövlət qurumlarının və digər təşkilatların bu istiqamətdəki fəaliyyətinə hər cür köməyini təklif edir.
Bütün bunlarla yanaşı, Fridrix Ebert Fondu Almaniyada və bütün dünyada müxtəlif debatların təşkilində maraqlıdır. Qurum daxili və xarici siyasət, Avropaya inteqrasiya, beynəlxalq iqtisadi və sosial siyasət sahəsini əhatə edən “Beynəlxalq siyasət və cəmiyyət” adlı jurnal nəşr edir və bu jurnal kifayət qədər məşhurdur. Fond Almaniyanın özündə də mühüm işlər görməkdədir. O, ölkənin daha da inkişafına dəstək verməklə yanaşı, digər dövlətləri Almaniya ilə əməkdaşlığa cəlb etməyə çalışır.

Fridrix Nauman Fondu

Fridrix Nauman Fondu

Fridrix Nauman Fondu müstəqil, qeyri-kommersiya və dövlətin yuxarı dairələrərinə aidiyyatı olmayan təşkilatdır. Fond öz fəaliyyətini demokratiyanın, liberal dəyərlərin və siyasətin inkişafına həsr edib.
Sözügedən fond Almaniyada və dünyada insan azadlıqları və hüquqlarını dəstəkləyən, müdafiə edən ən böyük təşkilatlardan biri kimi tanınır.
Fond hesab edir ki, liberal dəyərlər demokratiyanın əsas göstəricilərindən biridir. Bu, zaman keçdikcə sübut olunur və liberal dəyərlər insanların öz həyatlarına dəyər vermələrinə gətirib çıxarır.
Fond çalışır ki, bir sıra qürurverici ənənələri bütün azad insanlar arasında yaysın və cəmiyyətin inkişafına dəstək olsun.
Dünyanın 50-dən çox ölkəsi ilə yanaşı, Afrikada da müxtəlif layihələr reallaşdıran Fridrix Nauman Fondu hər zaman liberal dəyərlərə sadiqliyi ilə seçilib. Azadlıq və məsuliyyət - bu, Fridrix Nauman Fondunun əsas prinsiplərindən, bütün dünyaya çatdırmaq istədiyi başlıca dəyərlərdəndir. Fond azadlığa dair hər cür yeni ideyaları dəstəkləməyi ilə seçilir.
İnsanlardan istənilən bir şey var - cəmiyyətdə azadlıqlarını və ləyaqətlərinə hörmət etsinlər ki, vətəndaş cəmiyyətində rahat və birgə yaşaya bilsinlər. Azadlıq olmayan yerdə digər insani dəyərlər də var ola bilməz.
Hər bir insanın azadlığa ehtiyacı var. Bu, onların istedadlarının və digər müsbət keyfiyyətlərinin də üzə çıxmasına təkan verir.
Azadlıq olmayan yerdə insan ruhu inkişaf etmir və qaranlıqlara qərq olur. Mədəniyyət və elm geriləməyə başlayır, həmçinin iqtisadiyyat tənəzzülə doğru gedir. İnsanların rahat nəfəs alması üçün başlıca şərtlərdən biri onun azadlığıdır.
Bu tezisləri daim önə çəkən Fond hesab edir ki, azad olmaq insanın öz arzusu olmalıdır. Eyni zamanda kütləyə insan haqları və azadlıqları barədə intensiv məlumatlar çatdırmalıdır. Azadlıq və məsuliyyətin bir - birindən ayrılmaz olduğunu əsas götürən Fond, bundan sonra da fəaliyyəti dövründə azadlıq istəyənlərə dəstək olacağını bəyan edir.
Fridrix Nauman Fondunun fəaliyyəti təkcə insan hüquqları və demokratiya uğrunda çalışmaqla bitmir. Onun fəaliyyəti çoxşaxəlidir, sosial həyatın digər sahələrini də əhatə edir. Fond öz fəaliyyətində təhsilin inkişafına xüsusi əhəmiyyət verir və mütəmadi olaraq, bu sahədə yeni-yeni layihələr həyata keçirir. Fond, ali təhsil almaq istəyənlərə təqaüdlər verir. Eyni zamanda diplomlu peşəkarlar öz təhsillərini daha da təkmilləşdirmək üçün 2 illlik təqaüd də ala bilərlər. Bundan başqa kim ki, Almaniya universitetlərində dissertasiya yazmaq və müdafiə etmək istəyir, ona da yüksək təqaüd imkanı yaradılır, amma bir şərtlə ki, mövzu elmi və ictimai-siyasi baxımdan olsun. Cəmiyyətdə siyasi - ictimai fəallığı ilə seçilənlər və demokratik dəyərlərə üstünlük verənlərə Fond tərəfindən təqaüd almaq şansı daha çoxdur. Fond öz təqaüdçülərindən əsasən onu tələb edir ki, onlar Almaniyadan qayıtdıqdan sonra əldə etdikləri bilikləri və praktikanı öz vətənlərində həyata keçirməklə məşğul olsunlar.
Fridrix Nauman Fondu Azərbaycanda müntəzəm layihələr həyata keçirən və öz fəallığı ilə seçilən təşkilatlardan biri kimi tanınır.

Project Harmony


İcma Əlaqələri Proqramı nədir?

İcma Əlaqələri Proqramının tarixçəsi

İcma Əlaqələri Birləşmiş Ştatlar və keçmiş Sovetlər Birliyi ölkələri arasında uzun müddət fəaliyyət göstərən ən böyük mübadilə və təlim proqramlarından biridir. Hal-hazırda 11 ölkədə fəaliyyət göstərir və təkcə Rusiyada proqramın 5000-dən çox məzunu vardır.
· 1994-cü il. Proqram Dövlət Departamentində "Rusiya üçün iş" kimi başlayır. Proqramın ilk iki ili ərzində 1300 Rusiya sahibkarı səfərbər edilir.
· 1996-cı il. Proqramın adı dəyişib İcma Birlikləri oldu, buraya peşəkar qruplar, Moldova və Ukrayna əlavə edildi.
· 1997-ci il. Belarus, Gürcüstan, Ermənistan proqrama qoşuldu.
· 2005-ci il. Artıq bu proqramda 10.000- dən çox məzun iştirak edirdi və bunun da yarısından çoxu Rusiyadan olanlar idi.
· 2005-ci il. Proqram Dövlət Departamentindən USAID rəhbərliyinə verildi və Avrasiyadan yeni ölkələr əlavə olundu.
· 2005-ci il. World Learning və Project Harmony-nin subpodratçıları, ACIE və CSED proqramı mükafatlandırdılar.
Project Harmony ilk USAID İcma Əlaqələri qrupunu toplamağı başa çatdırır:
· 28 fevral 2006-cı il. Rusiya qrupu Filadelfiya, Pensilvaniyaya səfər edir.
· 14 mart 2006-cı il. Gürcüstan qrupu Çikaqoya, İllinoysa səfər edir.
· 19 aprel 2006-cı il. Azərbaycan qrupu Detroyta, Miçiqana səfər edir.
· 25 aprel 2006-cı il. Ermənistan qrupu Kembricə, Massaçusetsə səfər edir.
· 12 iyul 2006-cı il. Ukrayna qrupu Şarlott, Şimali Karolinaya səfər edir.

Proqram icmalı və məqsədləri

İcma Əlaqələri Proqramı 2005-ci ildə başlayıb, USAİD tərəfindən 5 ildir ki, maliyyələşdirilən və keçmiş Sovetlər Birliyindən olan sahibkarlar, yerli dövlət məmurları, hüquq mütəxəssisləri, qeyri-hökumət təşkilatları rəhbərləri və digər mütəxəssislər üçün ABŞ-da ev şəraitində qalmaqla 3-5 həftəlik praktik təlim imkanları təklif edən proqramdır.
Əvvəllər Təhsil və Mədəni Əlaqələr üzrə Dövlət Departamenti Bürosu tərəfindən idarə edilən və indi USAİD-də Avropa və Avrasiya üzrə Büro vasitəsilə maliyyələşdirilən İcma Əlaqələri Proqramı iştirakçılar, ABŞ-dan olan ailələr, yerli icmanı qəbul edən təşkilatlar arasında mədəni fikirlər və dəyərlərin mübadiləsi vasitəsilə ictimai diplomatiyanı irəlilətmək üçün hazırlanmışdır.
İcma Əlaqələri proqramının məqsədi:
· İştirakçıları professional təlim ilə təmin etmək və azad bazar sisteminin gündəlik fəaliyyətinə təsir;
· Özəl sektoru və dövlət iştirakçılarını ABŞ səfərlərinə daxil etməklə Avropa /Avrasiyada ictimai-özəl tərəfdaşlığa təkan vermək;
· ABŞ və Avropa /Avrasiya regionları və icmaları arasında əlaqə yaratmaq .
Peşəkarlar müəyyən mövzular ilə Azərbaycandan seçilirlər. Bu seçimin arxasında duran məqsəd öz sahəsinə görə ekspert olan və öz sahələrində edilən işi təkmilləşdirmək üçün sektorlarda birgə çalışa bilənlərin komandasını yığmaqdır. İcma Əlaqələri səciyyəvi olaraq qeyri-kommersiya inkişafı, qadın hüquqları, yoxsulluğun aradan qaldırılması, əlil hüquqları, digər sosial və inkişaf sektorlarında seçim aparır.
Hər bir İcma Əlaqələri qrupu əhəmiyyətli sabitlik üçün çalışarkən problem həllinə daha effektiv yanaşa bilən yerli komandanı formalaşdıran özəl, dövlət, qeyri-kommersiya sektorunun üzvlərindən, o cümlədən mediadan ibarətdir. Əvvəlki təlimlərdə olmuş məzunlar qeyri-hökumət təşkilatlarının əsasını qoymaqda, təlim proqramlarını genişləndirməkdə, sosial layihələr üçün təqaüdlər almaqda və digər böyük müvəffəqiyyətlərə davam edirlər.

Seçim Mərhələləri

Proqram iştirakçıları açıq və şəffaf müsabiqə yolu ilə seçililər. Proqramın başlanğıcında İcma Əlaqələrinin əməkdaşları, seçimin aparılacağı regionlarda maraqlanan şəxslər üçün təqdimat mərasimləri və məsləhətləşmələr keçirəcəklər. Təqdimatlar və məsləhətləşmələrin keçirləcəyi dəqiq yer və vaxt haqqında ətraflı məlumatı Proqramın daim yeniləşən saytından ala bilərsiniz. Müraciət formaları da həmçinin göstərilən internet saytından əldə oluna bilər. Doldurulmuş müraciət formalarını və zəmanət məktublarını Procekt Harmoni Təşkilatının Bakıdakı ofisinə birbaşa və ya poçt vasitəsilə çatdırılmalıdır.
İcma Əlaqələri Proqramının iştirakçıları müəyyən mövzular ilə müsabiqə əsasında seçilirlər. Mübadilədə iştirak üçün müraciət edən şəxs:
· Yeni bilik və ideyalarla maraqlanmalı;
· Yolayovuq və həvəskar olmalı;
· Açıq zehnli və ünsiyyətcil olmalı;
· Proqramda iştirak üçün niyyətini nümayiş etdirməli.
Qeyd: Biznes qrupunda iştirak edəcək şəxslər mütləq ingilis dilini bilməlidirlər

Əsas Tələblər:

· Azərbaycan vətəndaşı olmalı;
· Qərarverici, idarəedici vəzifə sahibi olmalı (müdir, baş mütəxəssis, şöbə müdiri);
· Ən azı iki il iş təcrübəsi olmalı.

Müraciət formalarına baxış və müsahibələr:

Seçim Şurası Procekt Harmoni Təşkilatının Bakı Ofisinə poçt vasitəsilə və ya birbaşa daxil olmuş bütün müraciət formalarına və zəmanət formalarına baxış keçirir. Biznes qrupları üçün ingilis dilindən testdə ən yaxşı nəticələr nümayiş etdirən iştirakçılar növbəti mərhələyə keçid alırlar. Yalnız yarım-finalistlər müsahibələrə dəvət olunurlar.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More