This is default featured post 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Tuesday, April 26, 2011

Dalğaçılar Enn Dörsi ilə görüşdü

ABŞ səfiri önəmli açıqlamalar verdi; «Amerika və Avropa ölkələri demokratiyanı qutuya qoyub Azərbaycana təqdim edə bilməz» dedi

Dünən Dalğa Gənclər Hərəkatının Demokratiya Məktəbinin təşəbbüsü ilə ABŞ səfirliyi və ictimaiyyət nümayəndələri arasında görüş təşkil olunub. Görüşdə Dalğa GH-nin üzvləri, Demokratiya Məktəbinin tələbələri, jurnalistlər və digər təşkilatların təmsilçiləri iştirak edib.
Görüşün əsas məqsədi insanları çoxdan düşündürən bir suala aydınlıq gətirmək olub: «Demokratiyanı biz ozümüz qazanmalıyıq, yoxsa onu kimsə bizə verməlidir?» Xüsusən Avropa Şurasının Azərbaycanla bağlı keçmiş həmməruzəçisi Andreas Qrossun bu yaxınlarda verdiyi və geniş müzakirə mövzusuna çevrilən “Demokratiya humanitar yardım deyil” tezisi sözügedən görüşün keçirilməsini xeyli aktuallaşdırmışdı.
Görüşü giriş sözü ilə Dalğa GH-nin sədri Vəfa Cəfərova açıb. Xanım Cəfərova tədbir haqqında ümümi məlumat verdikdən sonra Demokratiya Akademiyasının prezidenti Ramin Hacılı rəhbəri olduğu bu yeni layihə və Lənkəran Dövlət Universitetindən (LDU) qanunsuz xaric edilən Pərviz Əzimovun işi ilə bağlı qonaqları məlumatlandırıb.
Daha sonra söz ABŞ-ın ölkəmizdəki səfiri Enn Dörsiyə verilib. Xanım səfir öncə çox əsrlik tarixə malik ABŞ demokratiyası barədə iştirakçılara ətraflı məlumat verib: “Bizim ölkədə demokratiya insanlara hələ baxçaya gedərkən öyrədilir. Bu səbəbdən də ABŞ-da demokratik prinsiplər hər kəs tərəfindən qorunub-saxlanılır. Əgər Azərbaycanla ABŞ-ı müqayisə etsək və sizin ölkənizdə demokratiyanın nədən hələ də olmaması barədə danışsaq, mən bir amili mütləq diqqətinizə çatdırmalıyam ki, Amerikada konqres xalqın səsidir. Hər il konqres adminstrasiyadan insan haqlarına dair hesabat tələb edir. Bu isə dövlətin demokratik prinsiplərə riayət məsələsində məsuliyyətini artırır”.
Demokratiyanın heç bir ölkənin daxili işi olmadığını, insan haqları məsələsinin sərhəd tanımadığını qeyd edən xanım səfir deyib ki, buna görə də hansısa dövlətin öz ölkəsində yaranan demokratik problemlərə görə başqalarının tənqidinə biganə yanaşmağa, «mən bilərəm, öz vətəndaşımla necə rəftar edirəm» prinsipi ilə hərəkət etməyə ixtiyarı yoxdur: “Beynəlxalq hüquqi sənədlərə imza atan istənilən dövlət bununla qəbul etmiş olur ki, öz ərazisində insan haqları ilə bağlı yaranan problem artıq yalnız onun daxili işi olmaqdan çıxır və qlobal məsələyə çevrilir. ABŞ hökuməti belə düşünür, çünki demokratiya və insan haqları bütövlükdə ABŞ-ın milli dəyərlərini təşkil edir.”
Andreas Qrossun məlum tezisi ətrafında danışan Enni Dörsi keçmiş həmməruzəçiylə qismən razılaşdığını deyib: “ABŞ və Avropa ölkələri demokratiyanı qutuya qoyub, Azərbaycana verə bilməz. Demokratiya prinsiplərinin reallaşması hər bir ölkənin öz daxilindən başlanmalıdır. Demokratiya elə bir məsələdir ki, onunla gündəlik ilgilənməlisən, bunu bir yaşayış və düşüncə tərzinə çevirməlisən. Baxmayaraq ki, ABŞ günümüzdə demokratiya sahəsində lider dövlətdir, amma demokratiya məsələləri bizdə gündəlik prioritetini təşkil edir, çünki hesab edir ki, ABŞ-da hələ də demokratiyanın tam təkmilləşdirilməsinə ehtiyac var”
Enn Dörsi, “biz birmənalı olaraq qəbul etmirik ki, guya Azərbaycan xalqı demokratiyaya hazır deyil. Bu tamam yalnış fikirdir» deyərək, əlavə edib ki, Qərbdə gerçəkləşdirilən demokratiya modellərinin Şərq üçün uyğun olmaması barədə səslənən iddiaları da doğru saymır.
Qeyd edək ki, görüş zamanı Lənkəran Dövlət Universitetindən qanunsuz şəkildə uzaqlaşdırılan tələbə Pərviz Əzimovun məsələsinə də toxunan xanım səfir, bu barədə məlumatlı olduğunu deyib: “Biz bilirik ki, Pərviz Əzimov jurnalist fəaliyyətinə görə həmin universitetdən qovulub. Buradan bəyan edirk ki, biz onu sona qədər müdafiə edəcəyik, o vaxtadək ki, Pərvizin tapdanmış haqları bərpa edilsin”
Dalğa GH-nin üzvü Anar Əsgərin «bu yöndə konkret hansı köməklikləri edə bilərsiniz» sualına isə xanım səfir belə cavab verib: “Öncə qeyd etməliyəm ki, sizin öz dostunuzu müdafiə etməyiniz məni çox sevindirir. Bizim köməkliklərə gəldikdə isə, bu məsələ ilə bağlı yaxın vaxtlarda biz sizin təhsil naziriniz ilə görüşəcək və problemin həlli üçün bütün digər qanuni yollardan istifadə edəcəyik”.
Tədbirin sonrakı hissəsi qarşılıqlı diskussiya şəklində davam edib.







Dalğa Gənclər Hərəkatı - “Demokratiya Məktəbi” tələbələrinə diplomları təqdim etdi.




 



5 aprel 2009-cu il tarixində “Demokratiya Məktəbi”nin tələbələrinə diplomların təqdim etmə mərasimi təşkil olunub. Mərasim zamanı məktəbin direktoru Ramin Hacılı məktəbi uğurla başa vurmuş tələbələri təbrik edib və onlara diplomlarını təqdim edib.Müəyyən səbəblərdən mərasimə gələ bilməyən tələbələr Dalğa Gənclər Hərəkatının mərəkəzi ofisi ilə əlaqə saxlayıb diplomlarını  əldə edə bilərlər.Qeyd edekki. “Demokratiya məktəbi” layihəsini Azərbaycanın aktiv gənclər hərəkatılarından biri olan Dalğa Gənclər Hərəkatı həyata keçirir. Layihə çərçivəsində “Demokratiya məktəbi”nin təsis olunub, bu məktəbin tərkibində demokratiyanın tədris edilib, hemcinin demokratik vətəndaşlıq mövzularında kursların təşkil olunub, Kurs iştirakçıları üçün dərs vəsaitləri hazırlanıb. Eləcə də, kurs iştirakçılarının şəbəkəsinin yaradılması da həyata kecirilib. Gənclər arasında demokratiya haqqında kütləvi maarifləndirməni həyata keçirmək üçün qəzet əlavəsi və web-sayt yaradılıb. 12 ay müddətində davam etmiş layihə Bakı şəhərində reallaşıb. Layihəni ABŞ-ın “Demokratiyaya Yardım Fondu” (NED) maliyyələşib. Ümumilikdə layihənin məqsədi Azərbaycan gəncliyinə demokratiya konsepsiyasını izah etmək, onun dəyərlərini yaymaq və demokratik vətəndaşlıq üzrə maarifləndirməni həyata keçirmək olub. Hər qrupda 25 tələbə olmaqla 100 tələbə məzun olub.Sonda onu da qeyd ki, Dalğa Gənclər Hərəkatı “Demokratiya Məktəbi”ni öz imkanları hesabına davam etdirmək niyyətindədir. Bu məqsədlə artıq 6-cı qrup təsis edilib. Və tələbə yığımı davam edir. Hərəkatın öz imkanları hesabına davam etdirəcəyi “Demokratiya Məktəbi”nin bundan sonra ki, direktoru Pənah Əlisoy olacaq.





"Demokratiya Məktəbi" layihəsi bitdi

Dalğa Gənclər Hərəkatının 1 il boyunca həyata keçirdiyi Demokratiya Məktəbi layihəsi artıq başa çatıb. Bu layihə ABŞ-ın Demokratiya üçün Yardım Fondu - NED tərəfindən maliyyələşdirilib. Amma layihə müddətinin başa çatması hələ Demokratiya Məktəbinin bağlanması deyil. Artıq Hərəkat öz imkanları hesabına Demokratiya Məktəbini davam etdirməkdədir. Daha bir dəyişiklik: məktəbin direktoru bundan sonra Ramin Hacılı deyil, Pənah Əlisoy olacaq.
Məktəbin formatında isə ciddi dəyişikliklər olmayacaq, əksinə, Demokratiya Məktəbi bundan sonra öz hədəflərinə yetişmək üçün daha da parlaq fəaliyyət göstərəcək.
Qeyd edək ki, Dalğa Gənclər Hərəkatı NED fondu ilə növbəti bir il ərzində Demokratiya Akademiyası layihəsini həyata keçirir. Layihənin ümumi məbləği 23. 172 ABŞ dolları nəzərdə tutulub. Layihə çərçivəsində aşağıdakı işlərin həyata keçirilməsi planlaşdırılır:
- Akademiyaya müraciət edən 24 tələbə üçün araşdırma mövzu təqdim olunacaq və tələbələr seçəcəkləri mövzu ilə bağlı araşdırmalar aparacaq. Araşdırmanın nəticələri ictimaiyyətə təqdim olunmaqla yanaşı, bütün araşdırmaların müəllifləri Akademiyanın xüsusi diplomi ilə təltif olunacaq;
- Layihə çərçivəsində regionlarda Demokratiya Məktəbləri yaradılacaq;
- Ayda bir dəfə demokratik dəyərlər ətrafında tanınmış ziyalıların iştirakı ilə ictimai müzakirələr təşkil olunacaq;
- «Alma» qəzetində ayda bir dəfə olmaqla, “Demokratiya» əlavəsi çap ediləcək.
Qeyd edək ki, Demokratiya Akademiyasının prezidenti Ramin Hacılıdır. Artıq Akademiyanın komissiya heyəti formalaşmaqdadır və yaxın günlərdə Akedemiyanın iş fəaliyyəti ilə bağlı, həmçinin komissiya üzvləri cəmiyyətə təqdim olunacaq.

Libertarianizm (Məruzəçi: Rəşad Şirin)

Mart ayının 1-i “Demokratiya Məktəbi”nin növbəti dərsinə, tələbələrinin seçimi ilə “Libertarianizm” mövzusunda Rəşad Şirin mühazirəçi qismində dəvət olunmuşdur. Dərs diskussiya şəklində keçmişdir. Rəşad bəy tələbələrə libertarianizmin incəliklərindən, yaranma tarixindən, liberalizmlə oxşar və fərqli cəhətlərindən, həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə hansı ölkələrin tətbiq etdiyindən danışmışdır. Geniş informasiyalı mühazirədən sonra, Rəşad Şirin mövzu ilə bağlı tələbələrin suallarını cavablandırmışdır. Dərs təqribən 2 saat davam etmişdir. Mühazirədən sonra tələbələr növbəti dərsin mövzusunu və mühazirəçini müəyyənləşdirmişlər. Növbəti dərsin mövzusu “Beynəlxalq Ədalət Tezisi”, mühazirəçi isə gənc politoloq Ramin Hacılı olacaqdır. “Demokratiya Məktəbi”nin növbəti dərsi 8 mart, saat 13:00-da Dalğa Gənclər Hərəkatının mərkəzi ofisində olacaqdır.

Monday, April 25, 2011

Milli Demokratiya İnstitutu

Beynəlxalq əlaqələri olan Milli Demokratiya İnstitutu (MDI) qeyri-kommersiya təşkilatıdır. Bütün dünyada demokratiyanın genişlənməsi və güclənməsi üçün çalıır. Öz qlobal ekspert könüllüləri vasitəsilə MDI) demokratik dəyərlərə önəm verən vətəndaşlara və siyasi liderlərə yardım edir. NDI həmçinin siyasi təşkilatlara qrantlar ayırır ki, vətəndaşlara öz hüquqlarıyla bağlı bilgilər versin və vətəndaş cəmiyyətinin qurulmasında iştiraklarını təmin etmək üçün layihələr həyata keçirsinlər.
Bir çox ölkələrdə demokratiyanı demokratik metodlarla təmin etməkdə çətinlik çəkirlər.Eyni zamanda demokratik təsisatların qıtlığı da hiss olunur.Belə ölkələrdə vətəndaşlar MDİ-yə demokratik strukturların yaradılması üçün müraciət edirlər. Hazırda MDİ-nin prezidenti keçmiş dövlət katibi Madlen Olbraytdır.
Bu institut 1995-ci ildə mərhum prezident Heydər Əliyevin dəvətiylə Bakıda öz ofisini açdı və o vaxtdan cəmiyyətin demokratikləşməsi, plüralizmin yaranması, vətəndaş cəmiyyətinin inkişafı, seçki islahatlarının aparılması ilə bağlı çalışır. İnstitut Azərbaycanın başlıca siyasi partiyaları ilə işləyir. Həmçinin partiya liderləri və fəalları daha inkişaf etmiş siyasi strukturların formalaşması üçün iş aparır. MDİ-nin əsas səylərindən biri də siyasi partiyaların əlaqələri və koordinasiyasını gücləndirməkdir.
İnstitut həmçinin qadınların siyasi fəallığının artırılması yönündə də xüsusi layihələr həyata keçirir. Bu məqsədlə qadın hüquqlarının müdafiəsiylə məşğul olan təşkilatlarla sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsində İnstitutun çalışdığı ölkələrdə qadınlar vətəndaş cəmiyyətinin qurulmasında daha aktiv iştirak edir və siyasətə can atırlar.

USAID

Amerika Birləşmiş Ştatları (ABŞ) uzun illər boyu xarici ölkələrdə daha yaxşı həyat sürməyə, fəlakətin nəticələrini aradan qaldırmağa, azad və demokratik ölkədə yaşamağa can atan insanlara yardım əli uzadıb.
ABŞ-ın xarici ölkələrə yardımı daim onun xarici siyasət maraqlarına xidmət edib. Bu maraqlar həm demokratiyanı və azad bazarları genişləndirmək, həm də inkişaf etməkdə olan ölkələrin vətəndaşlarının həyat səviyyəsini yaxşılaşdırmaqdan ibarətdir. USAİD bu məqsədlərə nail olmaq üçün bütün dünyada fəaliyyət göstərir.

USAİD-in tarixçəsi

USAİD-in tarixçəsi İkinci Dünya Müharibəsindən sonra Avropanın yenidən qurulmasına həsr olunmuş Marşall Planından və Truman hökumətinin Dördüncü Bənd Proqramından başlayır. 1961-ci ildə ABŞ Prezidenti Con Kennedi Xarici Ölkələrə Yardım Aktını imzalayaraq, bu aktı qanuna çevirib və icraçı qərara əsasən USAİD donor agentliyini yaradıb.
O vaxtdan bəri USAİD, fəlakətin nəticələrini aradan qaldıran, kasıbçılıqdan qurtulan, demokratik islahatlara qatılan ölkələrə köməyini əsirgəməyən, ABŞ-ın aparıcı donor agentliyi kimi fəaliyyət göstərir.
USAİD müstəqil federal hökumət təşkilatıdır. O, ümumi siyasi istiqamət haqqında göstərişləri dövlət katibindən alır. USAİD uzunmüddətli və ədalətli iqtisadi inkişafa dəstək verir və aşağıda sadalanan sahələrə yardım etməklə ABŞ-ın xarici siyasət məqsədlərini irəli çəkir:
• iqtisadi inkişaf, kənd təsərrüfatı və ticarət;
• ümumdünya səhiyyə;
• demokratiya, münaqişələrin qarşısının alınması və humanitar yardım.
USAİD dünyanın dörd bölgəsinə yardım edir:
• Afrika ölkələri;
• Asiya və Yaxın Şərq;
• Cənubi Amerika və Karib adaları;
• Avropa və Avrasiya.
Baş qərargahı Kolumbiya əyalətinin Vaşinqton şəhərində yerləşən USAİD təşkilatının qüdrəti bütün dünyada fəaliyyət göstərən idarələrindən ibarətdir. USAİD özəl könüllü təşkilatlar, yerli təşkilatlar, ali təhsil ocaqları, Amerika biznes qurumları, beynəlxalq təşkilatlar, ABŞ və digər ölkə hökumətləri ilə əməkdaşlıq şəraitində işləyir. USAİD 3.500-dən artıq Amerika şirkəti və ABŞ-in 300-dən artıq özəl könüllü təşkilatı ilə işgüzar əlaqələrə malikdir.

Ədalətli və demokratik idarəetmə

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) demokratiya və idarəetmə sahəsindəki fəaliyyətləri qanunun aliliyini təkmilləşdirmək, inkişaf etdirmək, vətəndaş cəmiyyətinin inkişafına zəmin yaratmaq, azad və ədalətli seçkilərə köməklik göstərmək, siyasi partiyaları möhkəmləndirmək və müstəqil kütləvi informasiya vasitələrini dəstəkləmək məqsədi daşıyır.
Azərbaycan xalqının daha böyük qisminə iqtisadi inkişaf və siyasi plüralizmin faydasını təqdim etmək üçün USAİD həm hökumət, həm də icraçı partnyorlar ilə konstruktiv münasibət yaratmağa səy göstərib.

USAİD Azərbaycanda

USAID ölkəmizdə ən çox layihə həyata keçirən və böyük uğur qazanan təşkilatlardan biridir. Buyurun, həmin layihə və uğurlarla siz də tanış olun:

- USAİD Azərbaycanın Birgə Seçki Məcəlləsi layihəsini hazırlamağa və seçki üzrə işləyən məmurlara təlim keçməyə köməklik göstərib.

- Siyasi partiyaların gücləndirilməsi, seçicilərin maarifləndirilməsi və müstəqil KİV layihələri vasitəsilə prezident seçkiləri üçün fəal çoxpartiyalı kampaniyanın ərsəyə gətirilməsinə köməklik göstərib.

- Yeddi regional televiziya stansiyasını yeni translyasiya stansiyası ilə təmin edib, bununla da onların əhatə dairəsinin genişləndirməsi üçün şərait yaradılıb.

- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üçün rəqəmsal tezlik xəritəsi yaradıb və ölkədə televiziya və radio şirkətlərinin necə paylandığını müəyyən edib.

- Anti-korrupsiya üzrə üç hüquqi məsləhət və ictimai maraqların müdafiəsi mərkəzi yaradıb.
USAİD-in «Qanunun Aliliyi» proqramı çərçivəsində Azərbaycanda ilk dəfə Qadın Hüquqşünaslar Assosiasiyası yaradılıb.

Avrasiya Fondu

Avrasiya Fondu

«Biz inanırıq ki, vətəndaşların və səlahiyyətli təşkilatların cəlb edilməsiylə insanlar vətəndaşlıq hüquqlarının və iqtisadiyyatın inkişafı üçün özlərində nəsuliyyət daşıyırlar. Qarşılıqlı hörmətə əsaslanaraq bizim proqramımızı vətəndaşlar təchiz edir və bunun nəticəsində onlar öz cəmiyyətlərindəki mövqelərini təyin etməyə müvəffəq olurlar». Bu tezisin müəllifi Avrasiya Fondudur (AF). Fond öz fəaliyyətində məhz bu prinsiplərə söykənir.
Avrasiya Fondu - məxfi idarə olunan qeyri - kommersiya təşkilatıdır. Beynəlxalq əlaqələrin inkişafı üçün Birləşmiş Ştatlar və başqa ictimai təşkilatlar tərəfindən dəstəklənir.
1992-ci ildən Fond Əfqanıstanda, Ermənistanda, Azərbaycanda, Belarusda, Gürcüstanda, Qazaxıstanda, Moldovada, Rusiyada, Tacikistanda, Türkmənistnda, Ukraynada və Özbəkistanda ümumi dəyəri 360 milyon dollardan çox olan 8000 qrant layihəsi həyata keçirib.
Avrasiya Fondunun keçmiş Sovetlər Birliyində yerləşən ofislərində ehtimal olunan çətinliklər mərkəzi idarənin nəzarəti altındadır. Bununla əlaqədar olaraq, fond səlahiyyətli yerlərdə qrantlar təqdim edərək layihələri idarə edir və ölkələrdə kapitalın yüksəlməsinə təkan verir.
2004-cü ildə Fond başqa-başqa ofislərində əməliyyatların istiqamətlərini dəyişməyə başlayıb. 2004-cü ildən yeniləşmiş Avrasiya Fondu fəaliyyət göstərir. 2006-cı ildən isə Orta Asiyada əməliyyatlara başlayıb. 2007-ci ildən isə Fondun Şərqi Avropa xidməti Ukrayna, Belarus və Moldovoda fəaliyyətini genişləndirib. Avrasiya Fondunun yoldaşlıq fondu isə öz xidmətini Ermənistan, Azərbaycan və Gürcüstanda göstərəcək.
Avrsiya Fondu öz əməliyyat və proqramlarında xarici dəyərləndirməyə üstünlük verir. Bundan başqa, davamlı olaraq daxili yoxlamalar nəticəsində Fond zəmanət verir ki, əlavə olunan böyük sərmayələr təşkilatların inkişafına yönləndirilir və bu da cəmiyyətin inkişafına təkan verir. Bu prosesin davamı imkan verir ki, aktiv qiymətləndirmə nəticəsində təşkilati ölkələrdə, siyasətdə, iqtisadiyyatda və sosial şəraitdə yaxşılığa doğru dəyişikliklər müşahidə olunsun.
2006-cı il Avrasiya Fondunda yenə dəyişiklər ili oldu. Fondun əvvəlki prezidenti Bill Meypes istefa verdi və himayədarlar şurası Nortonu yeni prezident seçdi. Əməliyyat proqramı çərçivəsində Vaşinqton ofisi və Kolumbiya dairəsinin səlahiyyətləri məhdudlaşdırıldı. Belə yerdəyişmələr və Avrsiyanın bütün vilayətlərində yerli fondların yaradılması onun sürətlə inkişafına təkan verdi. Avrasiya Fondu həmişəki kimi bu dəyişikliklər nəticəsində sosial-iqtisadi islahatları dəstəkləmək üçün yeni yollar axtarmağa davam edib.
Avrasiya Fondu 1994-cü ildən başlayaraq, Azərbaycanda da qrant layihələri həyata keçirməyə başlayıb. 1998-ci ildə Bakıda öz ofisini açıb. Fond ölkənin bütün vilayətlərində inkişaf proqramlarının dəstəkləyir.
Qısa müddət ərzində AF Azərbaycanda gənclər fondu yaradıb. Bu, ölkənin hər yerində gənclər üçün yeni imkanlar açır. Bundan başqa, qanunvericilik islahatlarıyla işgüzar təşkilatların inkişafına, istehlak qruplarının müdafiəsinə, vətəndaşların hüquqlarının qorunmasına və standartlarına uyğun professional jurnalistlər birliyinin inkişafına yönəlik layihələr də həyata keçirilir.
AF neft-qaz korporasiyalarının əməkdaşlığına dair sosial proqramlar da hazırlayır. 2006-cı ildə Azərbaycana ayrılan qrantların tam siyahısı artıq ictimaiyyətə açıqlanıb.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More